Ana səhifə İCTİMAİ Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti ilə Qazaxıstanın Elm və Ali Təhsil naziri görüşüblər

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti ilə Qazaxıstanın Elm və Ali Təhsil naziri görüşüblər

Müəllif: Bizim Yazı
79 baxış

4 dekabr, 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə Qazaxıstan Respublikasının Elm Və Ali Təhsil naziri Sayasət Nurbek arasında görüş keçirilib.

“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, görüş zamanı tərəflər Türk dünyasında elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə elmi tədqiqat layihələrinin təşviqi, universitetlərarası akademik əlaqələrin gücləndirilməsi və gənc alimlərin mübadilə proqramlarının inkişafı üzrə fikir mübadiləsi aparıblar.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Fondun mədəni irsin öyrənilməsi və təbliği sahəsində həyata keçirdiyi layihələr barədə məlumat verib, yaxın gələcəkdə dünyanın müxtəlif nüfuzlu ali təhsil ocaqları ilə birgə əməkdaşlıq çəçivəsində planlaşdırılan Yay məktəbləri layihəsinin elmi mübadilə imkanlarını genişləndirəcəyini bildirib.

Qazaxıstan Respublikasının Elm Və Ali Təhsil naziri Sayasət Nurbek Nazirliyin Fondun fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edərək, bu istiqamətdə göstərilən təşəbbüslərə hər zaman dəstək verməyə hazır olduqlarını vurğulayıb.

Görüşdə aktual məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb və yaxın perspektiv üçün konkret əməkdaşlıq planları müzakirə edilib.

“Ədəbiyyat və incəsənət”

(05.12.2025)

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.