Ana səhifə YAZILAR “TANI, OXU, TANIT” layihəsi Bakı Qızlar Universitetində

“TANI, OXU, TANIT” layihəsi Bakı Qızlar Universitetində

Müəllif: Bizim Yazı
97 baxış

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin gerçəkləşdirdiyi “Tanı, oxu, tanıt” ədəbiyyat könüllülüyünün təbliği layihəsi çərçivəsində Bakı Qızlar Universitetində tədbir keçirilib.
Açılış nitqi üçün Bakı Qızlar Universitetinin rektoru professor Sevinc xanım Rəhimovaya söz verilib. Sevinc xanım qonaqları salamlayaraq insan mənəviyyatının inkişafında bədii sözün əhəmiyyətindən danışıb. Sonra DGTYB-nin fəaliyyəti ilə bağlı video-çarx izlənilib.
Ardınca Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı, şair- publisist Əkbər Qoşalıya, Birliyin başqanı, şair-publisist İntiqam Yaşara, Birliyin idarə heyətinin üzvləri şair Elvin İntiqamoğluna, Yusif Nazimə, başqan müavini, şair-publisist Ayşən Rəhimə söz verilib. Onlar DGTYB-nin ədəbi layihələrindən söz açıb, layihə çərçivəsində çap olunmuş “Ədəbi toplu-2024” adlı kitabda yer almış şeirlərindən səsləndiriblər. Daha sonra Bakı Qızlar Universiteti Tələbə Gənclər Təşkilatının bədii qiraət klubunun üzvləri şairlərin şeirlərindən nümunələr səsləndirib, müxtəlif musiqilər ifa ediblər.
Sonda bütün iştirakçılara DGTYB-nin nəşr etdirdiyi nəşrlər hədiyyə edilib, tədbirdə fəallıq göstərən tələbələrə diplomlar verilib, xatirə şəkli ilə tədbirə yekun vurulub.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.