Ana səhifə BAŞ YAZI “…təmiz, qürurlu və boy-buxunlu!” – Polyak şeirindən yeni çevirmə

“…təmiz, qürurlu və boy-buxunlu!” – Polyak şeirindən yeni çevirmə

Müəllif: Bizim Yazı
532 baxış

Urşula Malqojata Benka (Urşula Benka – Urbanoviç;
Şair, nasir, çevirmən.
30 dekabr 1953-cü ildə Vroslavda (Polşa) doğulub. Vroslav Univerisitetinin Polyak dili fakultəsində, ardınca isə Psixologiya fakultəsində təhsil alıb. 1983-1987-ci illərdə Fransada yaşayıb. 1987-ci ildən ABŞ-a köçüb.)

Son görüş

Hər dəfə mən səni qucaqlayanda
mən bilirəm
bu görüş – son görüşdü
və ancaq növbəti gecələrlə təkrarlanır
onların qara saatlı güzgülərində

sinəsi od çiçəkli o oğlan bizi gözləyən yerə
biz cəsarət edib yaxınlaşa bilmirik
çünki bizim iki ürəyimiz onun təkcə gözünün ifadəsidi

Ana və qız

Öz qızını çağırır ana: mən səni yenidən doğacağam
qüsursuz, müqəddəs gözəlliklə.
Hamar alınla, iri gözlərlə,
göz yaşları ilə yox..!
Sən üfüqdə təsdiqlənmiş ulduz
ovcumda yerləş yalnız!

Qız eşitmək istəmir, qapayıb qulağını,
öz-özünə danışır ana və qız qaçır, arxaya baxmadan ona.
Hasarın, kəndin o tayında – bataqlıqda
ayağını sürüyür içkili gənclərin arxasınca.
Təpələri aşıb-qaçan qızı,
bir səs ovsunlayır burda:
– Gəl, səni yenidən doğum, əzizim,
təmiz, qürurlu və boy-buxunlu..!
Budaqtək torpaqda parıldayacaqsan,
sahildə qayıq olacaqsan.
Zülmət qaranlıqda ulduztək işıq saçacaqsan-
təki qoy doğum.

Qız gah hönkürür, gah qəhqəhə çəkir,
ayağı altından onun yer qaçır.
Bataqlıq qatı və qara
qamışlar təntənə ilə yığılıb ətrafa.
Çılpaqdı, çünki payız günüdü
və qarşısında çılpaq ana.

– Gəl, səni yenidən doğum – sən xanım olacaqsan –
lap lənətlənmiş bataqlıqda olsa da.
Amma o səni əvəzləyəcək,
Məftun edib özüylə bəzəyərək.
Tufanda uca ağaclartək,
hamını heyrətləndirib yoldan çıxaracaqsan!

Boğulan qızcığaz, hiss edir boğulduğunu,
ana isə onun sinəsində zarıyır.
Qızcığaz əlləriylə onun üzünü sığallayır,
bütün doğranmış qamışlar qanlı,
bataqlıqda hər şey sakit şəfəqdə,
hardan gəlir o səs? – şiddətli ağrılartək…

İşıq zolağı sayrışır suda
iri kötük çürüyür, yad bir sifətlə,
ildrım naxışda, qəribə üzlə,
qiymətli, xərclənən gecələrdə…
Göydən Ay işıqlandırır
bu iki möhkəm çılpaq qadını…

Çevirəni: Rəfail Tağızadə

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.