Ana səhifə BAŞ YAZI Soyuq Moskvadan isti şeirlər…

Soyuq Moskvadan isti şeirlər…

Müəllif: Bizim Yazı
1. 422 baxış

AFAQ ŞIXLI /MOSKVA

BİR GÜNÜN ŞEİRLƏRİ

***
Hamı səni tanıyırdı – məndən başqa…
Hamı məni tanıyırdı – səndən başqa…
Görüşdük, tanışdıq,
Əfsuslar olsun ki, çaşdıq…
Geri vərəqlə təqvimi, –
Qoy əvvəlki kimi
Hamı bizi tanısın,
bizdən başqa…

 

***
Ürəyimi tən ortadan
sənə böldüm, mənə böldüm.
Dedim, sənə azlıq edər,
öz payımı yenə böldüm.
Bölünən mən, bölənsə sən,
qısmət isə kəm-kəsirdi.
Parça-parça bölünməyə
qəlbim nahaq tələsirdi…

***
Ağılsız görmüşdünmü belə? –
Səni tanımaya-tanımaya hələ,
bilmədən yalanını-düzünü
uçurumuna atdım özümü.
Saman çöpü də yoxdu yapışam,
vicdanına ümid bağlayıram…
Özü yıxılan ağlamaz, amma
mən ağlayıram…
22.01.14.

You may also like

1 şərh

Malik Nəsirli 2014-01-25 - 00:30

Afaq xanımın şeirlərini bəlkə də hamısını əzbər bilirəm. Amma bunları oxumamışdım. Son çümlələr məni kövrəltdi bu yaşımda.
Saman çöpü də yoxdu yapışam,
vicdanına ümid bağlayıram…
Özü yıxılan ağlamaz, amma
mən ağlayıram…
Yaradan sizi var eləsin və heç vaxt ağlatmasın, Vətən qızı!

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.