Tanınmış şair dos.dr. Rəsmiyyə Sabirin “Sonun başlanğıcı” adlı yeni şeirlər kitabı gün üzü görüb
DGTYB Məsləhət Şurasının üzvü dos.dr. Rəsmiyyə Sabirin yeni “Sonun başlanğıcı” adlı şeirlər kitabı “Avropa” nəşriyyatında çıxıb.
Kitabın redaktoru DGTYB Məsləhət Şurasının üzvü, tanınmış yazıçı-dramaturq f.f.d. Aygün Həsənoğludur.R.Sabirin son illər Tanrı, Vətən, sevgi, sosial və b. mövzularda qələmə aldığı şeirlər “Hər şey, səndən başlanıb, hər şey səndə bitir, İlahi”, “Səcdagahım Vətən”, “Səssizliyin ninnisi”, “Həyatın rəsmləri”, “Vətəndən məktublar”, “Yaşamadıqlarım”, “Sevginin şəklinin neqativi” kimi bölmələrdən ibarətdir.
“Sonun başlanğıcı”nda türk dünyasından olan yazarların Rəsmiyyə Sabir yaradıcılığı ilə bağlı fikirlərinə də yer verilib.