Ana səhifə BAŞ YAZI Şeir deyirdi o gün…

Şeir deyirdi o gün…

Müəllif: Bizim Yazı
463 baxış

Firuzə MƏMMƏDLİ

XATİRƏ

Fransanın Strasburq şəhərində keçirilmiş və mənim də iştirakçısı olduğum
Türkcənin Uluslararası Şeir Şöləninin 8-ci ildönümündə yazdığım şeir

Dünyanın hər yerindən
Yığılıb gəlmişdilər.
Qayğıdan, məhəbbətdən
Yoğrulub gəlmişdilər.
Doğma türk dillərində
Çağrılıb gəlmişdilər.
Strasburq türk dilində
Şeir deyirdi o gün.

Bütün səviyyələrdə
Türk diliydi danışan.
Elə tarixcə qədim
Bir dil idi danışan.
Ünsiyyət – quş dilində;
Bülbül idi danışan.
Strasburq türk dilində
Şeir deyirdi o gün.

“Avropa Birliyi”nin
Divarları – qulaqda,
Türk dili şeir deyir
Sülh və azadlıq haqda..!
Deyirdi Qarabağdan
Danışırdı İraqdan,
Əfqandan, Fələstindən,
Sevgidən, məhəbbətdən,
Bir də uca Allahdan
Strasburq türk dilində
Şeir deyirdi o gün…

Şeir axıb gedirdi
Reyn çayı boyunca.
Bayır-bucaq, çöl-çəmən
Şeir içdi doyunca.
Payız yarpaqlarıydı
Şeir ardınca sevincək, –
Strasburq türk dilində
Şeir deyirdi o gün.

Türkün böyük oğlunun
Hünəri səslənirdi.
Altaydan Pireneyə
Səfəri səslənirdi.
Atatürkün, Heydərin
Zəfəri səslənirdi, –
Strasburq türk dilində
Şeir deyirdi o gün.

Şeirin qanı qaralır,
Durulurdu türkcədə.
Dünyada yeni dünya
Qurulurdu türkcədə.
Bəşər şeirin dilinə
Vurulurdu türkcədə.
Strasburq türk dilində
Şeir deyirdi o gün.


2011

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.