Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi Niyazi adına 22 saylı Uşaq Musiqi Məktəbi ilə birgə “Sazın NEMƏTİ” adlı konsert təşkil edib. Konsert 29 aprel 2011-ci ildə (saat:17.00) Bakıdakı Beynəlxalq Muğam Mərkəzində gerçəkləşəcəkdir. Konsertdə milli mədəniyyətimizin incilərindən olan aşıq sənətimizin YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısında özünəməxsus yer tutması ilə əlaqədar AMEA-nın Folklor İnstitutunun elmi işçisi, Dünya İncəsənət və Musiqi ustası, beynəlxalq müsabiqələr laureatı, əməkdar mədəniyyət işçisi Nemət Qasımlı və onun yetirmələri çıxış edəcək.
Qaynaq: DGTYB.org