Sabir müəllimlə Sumqayıtda, kimya sənayesində dörd il bir yerdə, bir kollektivdə hətta bəzən bir otaqda işlədik. Ona Sabir müəllim deyə müraciət edəndə deyirdi xahiş edirəm mənə Sabir de. Təkidlə xahiş edirdi deyə mən də elə Sabir deyirdim. Daha öncələr imzasını eşitsəm də onunla şəxsən burada tanış olmuşdum. Sabirlə bağlı xeyli xatirələrim var. O xatirələr hamısı bir yerdə mənim üçün Sabirin portiretinin əsas ştirixlərini yaradır, onun şair taleyinə və pisixaloji ağrılarla dolu ömür yoluna işıq salır, güzgü tutur. Sabir maraqlı adamıydı, istedadlı şairiydi. Şair adının altında küllənənlərdən deyildi. O, şairliyini yağlı yemək üstündə tapanlardan deyildi. Onun şairliyi haxdan idi. Onu fağır olmağa qoymayan ağrılardan acılardan yol gəlirdi Sabirin şairliyi.
Bilənlər bilir, Sabir müəllim olduqca şuluq adam idi. Olduğu bütün mühütlərdə – istər işdə olsun, istər ədəbi mühütdə, ildə iki-üç dəfə zəlzələ yaradardı. İlahi, başımıza nə oyunlar gətirməyib… Nə yaxşı ki, kollektiv ona həmişə sevgiylə yanaşıb, səbrlə dözüb. O, baxımdan bu gün ürəyimiz rahatdır…
Bəzən Sabir haqqında ümumi tanışlarımızdan Sabir haralardadır, niyə görünmür kimi gileylər eşidərdim.
Sabir hamını yaxşı tanıyırdı əziz dostlar.Sabir hamı haqqında məlumatlıydı.Saxta mühütlər Sabirin onsuz da dar olan havasını kəsdiyi üçün Sabir görünmürdü. Sabir oyunçu şairlərdən deyildi.
Bizdə iki şəhid atası işləyir – Əliyev Nəriman və Məhərrəmov Tahir. Sabir hər onları görəndə mənə deyirdi ki, koppayoğludu yalan deyən kaş yer yarıla yerə girəm. Özü də Sabir bunu o vaxt deyirdi ki, oğlu Emin hələ ordudan qayıtmamışdı. Günlərlə Emindən xəbər ala bilmirdi.
Gözəl Sabir. Yadımdadır bir dəfə yenə halı pisləşmişdi, təcili yardım çağırdıq. Aləm dəydi bir-birinə, Sabiri Bakıya götürdülər. Milli məclisə seçkilər ərəfəsiydi onda. Televiziya kanallarında vurha-vur, çata-çat təbliğat-təşviqat kampaniyaları gedirdi. Bir-birindən “maraqlı” namizədlərimizə baxıb özümüzü xoşbəxt hiss etdiyimiz, əsəblərimizin dinclik tapan vaxtlarıdır.
Sabir adəti üzrə müalicəyə ciddi yanaşmaz, bu gün təcili yardımla aparıldısa da əmin olun ki, səhərisi gün mütləq işə gələcək. Budur yenə səhərisi gün Sabir müəllim əlində də diaqnozu gülə-gülə, başını yelləyə-yelləyə gəlir.
– Həmişə işdə-gücdə Sabir müəllim, nə diaqnoz qoydular?
– Al oxu
– Diaqnoz həkim dilindədir mənim bundan başım çıxmaz nə yazılıb?
– Sən demə başım adi insan başınnan on üç dəfə çox işləyir…
Görmüşük adamın başı az işləyəndə həkimə düşər, bunda əksinə. Fürsət bilib soruşdum:
– Sabir müəllim, seçkilərə baxırsanmı?
– Ay tövbə, zatına nəhlət öz payına baxanın da maraqlananın da . Birini də tanımıram.
– Halal olsun sənə Sabir, möhtəşəm adamsan.
– Tı çto, bəs nə bilmişdün?
Saysız-hesabsız rus anekdotları bilirdi. Hər hadisəyə uyğun birini danışar, qəhqəhə çəkib gülərdi. Ancaq görürdün ki, bu gülüş o gülüşdən deyil. Sabirin anekdota gülən vaxtı çoxdan keçmişdi. O, dərdin içində gülürdü.
Sabir dəqiqədəbir xata qaynada bilərdi. Hara getdisə insanları təcili olaraq adəti üzrə iki yerə bölərdi. Bir tərəf olardı ermənidən əmələ gələnlər, şərə sığınanlar, yaltaqlar, işə, vəzifəyə, təqaüdə,ordenə, medala görə hökumətə yarınanlar digər tərəfdə də olardı istedadlı adamlar, halal adamlar, təmiz Türklər. Bir sözlə həmişə aydan arı, sudan duru olan Allahın bacısı uşaqları… Sağ olsun həmişə məni də bu tərəfdən, müsbət qəhrəmanların biri hesab etsə də bunun üstündə çox davamız düşmüşdü. Günlərlə məni dindirmədiyi vaxtlar olsa da incəvara dönərgəsi yaxın idi. Böyüklüyünün imkan verdiyi qədər səhvini üzünə deyirdim. İnciməzdi. Çox vaxt da razılaşardı. Ancaq sonda nədənsə məndən incik getdi.Dörd il bir yerdə işləsək də bu gün ha gəzdim, Sabirlə bir şəklimizi tapa bilmədim. Ola bilsin nə vaxtsa telefonumdan silinib bəlkə də silmişəm… Mənə bəlkə də onlarla şer ünvanlayıb, sosial şəbəkədə paylaşmışdı.Bu gün onlardan yalnız birini tapa bildim. Görünür o da silib.Bu söhbət qalsın sonraya. O dünyada görüşmək imkanımız olsa bu söhbəti özü ilə mütləq çürüdəcəm.
Sabiri təhrif etmək nə lazımdır, tanıyan tanıyır. Onda daha çox inqilabçılıq var idi. Qayəsində və mayasında insanları birləşdirmək, ruhaniləşdirmək niyyəti duyulsa da əməlində yox idi. Nəyinsə üstündən keçmək onluq deyildi. Bəlkə də buna səbri çatmırdı. Çox səbrsiz və narahat adam idi. Hər işə gələndə hiss edirdim ki, Sabir sarsılır, ruhu əzab çəkir. Deyirdim Sabir müəllim bura zavoddur. Burada işləmək lazımdır. Zavod ruh uçurtmaq yeri deyil. Bunu nəzərə al, möhkəm ol. Əmin ol ki, bacaracaqsan. Özünə qapanmanı, özünə inamsızlığı dəf elə. O, isə burada hər dəfə şair Sabir Yusifoğluna deyil mexanik Sabir Piriyevə olan ciddi, tələbkar münasibətlə üzləşəndə məhv olurdu, xəyalı uçurdu. Bütün bunlara onun şair ürəyi tab gətirmirdi, sarsılırdı. Onun bu sarsıntısının üstünə bir də şəxsi qayğılarını, insan və cəmiyyət ağrılarını də gələndə bəs eləyirdi… Sabiri sevməyə də nifrət etməyə də bol səbəb tapmaq olurdu. Şair kimi zalımın dəhşətli bir eqosu var idi. Bir dəfə yanında özüm bilərəkdən oğlu Emin Pirini bərk təriflədim. Ata kimi sevinsə də şair kimi eqosu qoymurdu. Qayıtdı ki, xəbərin var Emin əclaf təzə-təzə tanınmaq üçün mənim bir neçə şerimi də öz adına çap etdirib.
– Nə danışırsan?
– Bəs nə bilmüşdün? Daha sonra ata kimi əlavə edərdi.
– Amma adamın üstündə Allah var, əclaf çox istedadlıdır. Bəzən ona paxıllığım tutur.
Deyirdim, Sabir, xəbərin var, səndə dəhşət paxıllıq var. Deyirdi tı şto, bəs nə bilmüşdün. Sabir həm də bu qədər səmimiydi.
Yenə də deyirəm Sabir sözün həqiqi mənasında şair doğulmuşdu. Və nə xoş halına ki, Sabir heç vaxt şair taleyinə xəyanət etmədi. Onun şairliyi Tanrı tərəfdən gələniydi. Sabir də Tanrı dərgahından könlünə süzülən həmin şerlərə bürünüb elə Tanrı tərəfə də getdi…