Ana səhifə BAŞ YAZI Şair, tərcüməçi Afaq Şıxlı ilə görüş – FOTOLAR

Şair, tərcüməçi Afaq Şıxlı ilə görüş – FOTOLAR

Müəllif: Bizim Yazı
233 baxış

Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin təşəbbüsü və təşkilatçılığı ilə Bakı Xətai Sənət Mərkəzində şair, publisist, tərcüməçi, həkim, AJB və AYB-nin Moskva bölməsinin katibi Afaq Şıxlı (Şıxlinskaya) ilə görüş keçirilib.

Bizimyazı.az xəbər verir ki, tədbiri Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin sədri Güllü Eldar Tomarlı açaraq, Afaq Şıxlının ömür və yaradıcılıq yolundan danışıb. O, vurğulayıb ki, Afaq Şıxlı imzası ədəbiyyatsevərlərə yaxşı tanışdır və bu görüş oxuculara onu daha yaxından tanımaq imkanı yaratdı.

Sonra söz Afaq Şıxlıya verilib. O, çıxışında tədbirdən duyduğu məmnunluğu bildirib və oxucular qarşısında şeirlərini səsləndirib.

Tədbirdə Bakı Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Əli Kərim adına Poeziya Evinin direktoru, AYB Poeziya bölməsinin sədri, şair İbrahim İlyaslı, həmçinin Elşən İbrahimov, Tərlan Qasımov, Yunis Qaraxanov, Əli Nəsib Zərdabi, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbi Turan Kitab Evi” ictimai birliyinin sədri Esmira Fuad, Afaq xanımın məktəb yoldaşları, dostları və yaxınları, eləcə də Mirvarid Dilbazi Poeziya Məclisi İB idarə heyətinin üzvü Tərxanım Museyibqızı çıxış ediblər.

Tədbirin sonunda Afaq Şıxlı kitablarını tədbir iştirakçılarına hədiyyə edib.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.