Nigar Duyğu
İstanbul
Mələklərin ən gözəlinə bənzəyir İstanbul –
İblisə…
Mələk çirkab içindədir sanki..
Çirkli üzlü mələklərin şəhəri oldu İstanbul!
Mələklərin qanadları cırıq, qarsılmış, əzilmiş yaralanmış
yalanlarla dolu.
Hər şeydən xəbərsiz oldu İstanbul
soğanla balı bir yerde qaynadan şəhərim…
kimə inanırsan gözəl şəhərim özünə yoxsa gördüklərinə?
İçindəki minbir sir, min dərdlə gizlicə boğuşursan.
Dərdli yorğun susqun şəhərim…
Yalanlara xərclənən zaman kəsiyində,
Çirkli gölməçələrində çiçək axtara-axtara
tanıdım sevdim səni məsum İstanbul
Oyan aç gözlərini mələyim
sən ey sevdalandığım
sevgili
səni o qədər çox sevirəm ki,
anlamazsan
ömrümün son kadrıdı sanki
xəyallarımı torpağa basdırıram
göz yaşlarımı bir də zamanı saxlaya bilmrəm.
axır o da gözyaşlarım tək.
Zamani dayandırmaq üçün ovuclarmı sıxıram.
yazıram.
xatirələrimi misaralara axıdıram
uzaq deyilsən, məndən qaçırsan
məni aşiq edib göyə uçursan.
mələk kimisən.
yuxuya dalan gözlərini səni seyr etmək
sarılıb öpmək
səninəm demək…
ehh…
gözlərin ümid verir
oyan aç gözlərini mələyim.
Hədiyyə
Bilirəm bir gün bezəcəksən,
Və gedəcəksən.
Bilirəm qısqanclığımla sıxacam səni.
Ürəyim sənin əlindədi.
…
Verilən hədiyyənin halı sorulmaz…
sızlayır.
Sən sıxdıqca əllərinin arasında,
Bitəcək sanma,
ürəyimi daha sıxma.
Hədiyyəni sevərlər amma oyuncaq tək deyil.
Bezəndə qırıb qırağa atasan deyə vermədim onu sənə
…
Yağış yusun
Yağış yuyur ötənləri keçənləri,
Qəlbimizə dəyənləri, yuyur, silir.
Yağış sevir sevgimizi
Yağış sevir ikimizi
Yaxşi bilir qəlbimizdən keçənləri
Tez-tez yağır,
Silmək üçün qəlbi qırıq günlərimi.
Tut əlimdən…
Qoyma qaçsın, qoyma uçsun, qoyma yusun
Yağan yağış sevgimizi
Qoy bir görsün qəlbimizi