Ötən il – dekabrın 22-də “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin “Qarabağdan Anadoluya könül körpüsü” layihəsi çərçivəsində Azərbaycana qardaş Türkiyənin GAP Qəzetçilər Birliyininin başçısı Zeynel Abidin Kıymazla bərabər bir qrup tanınmış jurnalistlər dəvət olunmuşdu. Türkiyənin ən nüfuzlu mətbu təmsilçiləri Atatürk Mərkəzində keçirilən “Azərbaycan həqiqətlərinin yayılmasında türk dünyası mətbuat və mediasının rolu və vəzifələri” adlı konfransda , eləcə də Milli kitabxanada və başqa tədbirlərdə iştirak edib, Azərbaycanın bir çox bölgələrində olublar. Qardaş Türkiyənin media mənsubları Azərbaycanda olmaqdan və ölkəni daha yaxından tanımaqdan məmnun qaldıqlarını və Azərbaycanı özlərinə çox doğma hesab etdiklərini, burada özlərini vətəndəki kimi hiss etdiklərini bildiriblər. Onlar Qarabağ münaqişəsi və konkret olaraq Xocalı soyqırımı barədə həqiqətlərin daha geniş tanıdılması istiqamətində səylərini bundan sonra daha da artıracaqlarını və bu səfərin onlar üçün təcrübə baxımından böyük önəm daşıdığını deyiblər.Onların içərisndə İzmirdəki “Kanal 35” TV-nin yayın yönətməni və aparıcısı,” Star” qəzetinin və Ege bölgesinin sabiq təmsilcisi, EXPO 2020-nin İzmir yayın katibi Halid Tunç Azərbaycanla olan təssüratlarını “Rotahaber”,”Egede son söz” və başqa mətbu orqanlarında yayınladı.Möhtərəm sabiq prezidentimiz Heydər Əliyevin 1993-cü ildə söylədiyi” Bir millət iki dövlət”kəlamının işığında Bakını “Parisin Müsəlman versiyası”, “Qafqazın parlaq ulduzu”, millət vəkili Qənirə Paşayevanı xidmətlərinə görə “Google Qənirə” adlandıran, Qubadakı toplum məzarı görərkən “yalnız ağlaya bildim, bütün duaları unutdum, bütün duyğularım dondu” söyləyən Halid Tunçun Azərbaycan sevdası sonsuzdu. “Okurken ağladım. Büyük dedem orada şehit olmuş. O ağıtları hep duyar gibi yaşadım. Sayın Tunç teşekkürler.” Bu söz- yorumu “Rotahaber” qəzetinin electron səhifəsinə Sema Nur Turan adlı bir gənc yazıb. Bu sözlər Halid Tunçun qələminə ,Azərbaycana olan sayği və sevgidən bir nümunədi. Onun“Rotahaber” qəzetindəki yazısını Azərbaycan türkcəsinə uyğunlaşdırıb siz möhtərəm oxuculara təqdim edirəm.
Pərvanə Məmmədli
“Bir millət iki dövlət”…
Dünya tarixinə keçən bu söz Azərbaycan dövlətinin qurucusu adını hörmətlə andığımız Heydər Əliyevə məxsusdu.
Əliyevin vəfatından sonra Azərbaycanda nələr dəyişdi?
Erməni işğalı altındakı Qarabağda nə ağrılar yaşanır?
Əhalisi 9,5 milyon olan ölkənin iqtisadi, ictimai, mədəni, demokratikləşmə baxımından yolu harayadır?
Bu və bənzər onlarla problemin cavabını tapmaq üçün Ana Vətənimiz, böyük sevdamız Azərbaycana getdik.
Azərbaycan Parlamentinin dünyaca məşhur millət vəklli dr. Qənirə Paşayevanın ev sahibliyi ilə olan 6 günlük proqrama keçmədən öncə Gənirə xanım-əfəndidən söz açmamız gərəkir.30 illik peşə həyatım boyunca çox sayda, nazir, millət vəkili, siyasətçi, elm adamı, diplomat alim, jurnalist, yazar, sənətçi tanıdım. TV, Radio proqramları və qəzet, jurnallar üçün reportajlar yazıb hazırladım.
Gənirə xanım bütün bu bildiklərimi və əzbərimi pozdu. Bir siyasətçinin, millət vəkilinin hansı dəyərlərlə, bilgilərlə təchizatlı olmasını , bunları nə zaman, harada və necə qullanıb, istifadə olunacağını bizə öyrətdi.
Mən ona “Google Gənirə” ləqəbini yaraşdırdım. Bütün İslam coğrafiyasında hansı bölgədə, hansı tarixdə, kimlər yaşamış, necə yaşamış, nələr olmuş… Eləcə də elmdə, sənətdə, siyasətdə, diplomatiyada, tarixdə, coğrafiyada həyata,yaşama dair nə varsa … Gənirə xanımdan soruşmanız yetərlidi.
Ölkəmizdə siyasətlə məşğul olan ya da siyasətə girməyə niyyətli olanların Gənirə xanımla tanış olmalarını, bu böyük vətənpərvərin, həyəcanına şahid olmalarını istərdim.
Sənət əsərləri, kitabları, bildiyi xarici dillər, verdiyi konfranslar, qurduğu sivil toplum qurumları və beynəlxalq əlaqələri haqda yazmama ehtiyac yoxdur. Məni daha çox həyəcanlandıran onun vətən eşqi, Azərbaycan -Türkiyə sevdası,bitib – tükənmək bilməyən enerjisidir.
Qardaş ölkə Azərbaycan olduqca əmin əllərdədir. Elə sürətli şəkildə inkişaf edir, elə böyük dəyişmələr yaşanır ki,bunları oraya getmədən, görmədən bir müddət qalmadan öyrənilməz.
Qafqazın parlayan ulduzu; Daha əvvəl yaranıb süquta uğradılmış, yağmalanmış, talan edilmiş, qırğınlara uğramış dövrlərini saymasaq, Azərbaycan 25 illik bir dövlətdir. Çətin günlərini aşmış və bir hədəfə yön almışdır. Hədəfində də güclü, sabit, demokratik bir ölkə olmaq vardır.
OVSUNLAYICI ŞƏHƏR ARXİTEKTURASI
Paytaxt Bakıya varıb, qalacağımız otelə çatdığımda, yanlış bir şəhərə gəlmişəm kimi çaşqınlıq içindəydim.
Vəzifəmlə bağlı bir çox Avropa ölkələrinin paytaxtını gəzdim. Bakıya “Parisin Müsəlman versiyası” desək çox yerinə düşər.
Tarixi daşıyıcıları, arxitekturası, şəhərsalma dizaynı , muzeyləri, opera binaları, sənət qalereyaları, sayca Ankaranı, İzmiri ötən teatr salonları, konfrans mərkəzləri, ehtişamlı müasir binaları, şəhərin hər nöqtəsinə çatan metrosu, kino salonları, sənət, ədəbiyyat, şeir mərkəzli küçələri, kitabxanaları, şəhərin ecazkar arxitekturasına uyğunlaşdırılmış zəngin yaşayış bunaları və nizamlanmış ticarət mərkəzləri…Bakı çox qısa müddətdə özünü toparlayaraq bunu bacarıb.
Bakı şairlər, ozanlar, rəssamlar, sənətçilər, stilistlər, heykəltıraşlar şəhəri olmaqla qalmyıb, dünyanın ən böyük brendləri, ən böyük şirkətləri içində cazibə mərkəzi olmuşdur.Mən deyərdim ki, London, Paris, Afinadan daha şık və təmiz görünür.
Bizim Sur içi dediyimiz, Köhnə qala içi –İçəri şəhər isə tamamilə turizm üçün uyğunlaşdırılıb, bərpa edilib. Orada günün 24 saaıt canlı həyat var. Şəhərdə ictimai həyat isə bəlli bir saatdan sonra durğunlaşır.Bu halın adekvat universitetin olmaması və maarifləndirmənin arzu olunan səviyyədə həyata keçirilməməsindən qaynaqlandığını təxmin edirəm.
İŞĞAL ALTINDA ACI ÇƏKƏN ŞƏHƏR
Ankara, İstanbul, İzmir, Konya, Diyarbakır nədirsə, Bakı da bizim üçün odur. Vətən torpağımızın bir parçasıdır. Ata məzarlarımızın olduğu, Osmanlının şəhid yatağıdır. Siz Azərbaycanda olarkən, özünüzü Türkiyədən daha çox ata yurdunda, ana qucağında hiss edirsiniz. Toxunduğunuz hər daşda, basdığınız hər qarış torpaqda bunu yaşayırsınız.
Halbuki Azərbaycanın Qarabağı erməni işğalı altındadır. Bu vəziyyət Şanlı Urfanın Qaziantəpin,Hatayın işğal altında olduğu anlamını verir. Halbuki türk toplumu Qarabağ məsələsi haqqında heç bir şey bilmir. Ermənistan üçün “Sərhəd qapılarını açaq” deyənlər belə var.
Azərbaycana səfərimdən öncə humanist duyğularla bunu düşünənlərdən biri də mən idim. Ancaq orada yaşanılan vəhşəti, qırğınları, işğal altındakı ata torpaqlarını, erməni zülmünü gördükdən sonra bu düşüncələrimdə önəmli dəyişikliklər oldu.
Dağlıq Qarabağ, huquqi cəhətdən Azərbaycan sərhədləri içində yer almışdı. Halbuki, faktiki olaraq Ermənistan tərəfindən qanlı şəkildə işğal edilib. Burada yaşayan qardaşlarımızın çoxu öldürülmüş, sağ qalıb qurtulanlar isə acı və çarəsizlik içində 20 ildir yurdlarına dönəcəkləri günü gözləyirlər.
Evlərini, kəndlərini tərk etmək zorunda qalmış olan minlərlə qardaşımızın 20 il çox çətin şərtlər içində qaçqın həyatı yaşadığını- oraya getdiyimdə, gördüyümdə öyrəndim
Rusiyanın iqtisadi və əsgəri gücüylə qorunan və bəslənən ermənilər eynilə İsrail kimi Birləşmiş Millətlər Təşkilatının heç bir qərarına məhəl qoymurlar.
Günümüzdə Dağlıq Qarabağda artıq heç bir Azərbaycanlı yaşamır. Savaş zamanı 30 min Azərbaycanlı qətlə yetirildi. Ermənilərin 1992-ci ildə etdiyi Xocalı qırğınında 613 adam öldürüldü, 487 adam da ağır yaralanıb, xəsarət aldı.
QUBA ŞƏHƏRİNDƏKİ TOPLU MƏZARLAR…
Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun dəvəti getdiyimiz ikinci şəhər Quba vilayəti oldu. Quba şəhəri də olduqca hiss ediləcək qədər inkişaf edib. Bir tərəfdən savaşın törətdiklərini bərpa edir , digər tərəfdənsə sürətli şəkildə inkişaf edir, dəyişir.
Şəhərdə dəyişməyən, dəyişməyəcək olan tək şey var; o da ermənilərin burada etdiyi qırğınlardı.
Bolşevikler tərəfindən 1918-ci ildə Anadoluda ruslarla birlikdə hərəkət edən erməni daşnak yaraqlı dəstələri Ərzurum, Van, Muş Qarsdan geri çəkilərkən Anadoludan Rus sərhədinə qədər olan coğrafiyada yüzlərlə türk qəsəbələrində, kəndlərində sakinləri amansızcasına qətlə yetirdilər.
Erməni silahlıları ən qanlı hərəkətlərindən birini də Azərbaycanın şimalında olan Qubada törətdilər. Ermənilərin soyqırıma məruz qoyduğu toplum məzardakı 600 yüzə yaxın cəsədin sümüklərini gördüyümdə yalnız ağlaya bildim. Bütün duaları unutdum, bütün duyğularım dondu.
Bizə yoldaşlıq edən Azərbaycan Millət vəkili Ganire Paşayeva söylədi ki, bolşeviklər tərəfindən 1918-ci ildə Quba şəhərində azərilərə qarşı hücumlar təşkil edildi. Özlərinə “cəza dəstəsi” adını verən 2000 nəfərlik erməni silahlı dəstəsi 1918-ci ilin may ayında Qubada yerli xalqa qarşı qırğın törətdilər. Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun 9 mayda şəhərə girməsiylə bu qırğın dayandırıldı. Günümüzdəki qazıntı işləri nəticəsində 400 adama aid olduğu təxmin edilən sümüklər üzə çıxarıldı. Burada 15 min Azərbaycanlı türkün vəhşicəsinə qətl edildikləri və toplu məzarlara basdırdıqları gün kimi açıqkən, Ermənilər lobbi fəaliyyətləri ilə sanki türklər soyqırım etmişlər kimi dünyanı aldadırlar. Bu toplu məzar ermənilərə “Yetməzmi artıq yalanlarınız!” deyirdi.
Osmanlılar ən çətin, ən çarəsiz dönəmlərdə Azərbaycanı yalnız qoymayıb. Azərbaycanın tarixində, mədəniyyətində, sənətində, ədəbiyyatında, yazılı ,şifahi, və vizual olan bütün nəşrlərində Osmanlılara sayğı,güvənmə,etibar vardır.
Prof. Qəzənfər Paşayev bunlardan yalnız biridi Hər vətəndaşımızın mütləq tanıması, oxuması əsərlərini araşdırması lazım olan bu tarixçi yazarın 100-ün üzərində əsəri olduğunu yazsam, sanıram ki,şişirtmiş olmaram.
“İraq ürkmən nağlıları” adlı 429 səhifəlik əsəri son dərəcə əhəmiyyətlidir. Əsərlərinin hamısı üçün Azərbaycan Milli Kitabxanasında təşkil edilən mərasimdə prof. Qəzənfər Paşayev hocamızla tanış olduq. Mükəmməl bir insan… Mərasimə xalq şairi və Azərbaycan millət vəkili Sabir Rüstəmxanlı, xalq şairi Zəlimxan Yaqub, Azərbaycan millət vəkili Qənirə Paşayeva, Milli Kitabxana müdiri Kərim Tahirov da vardı.
MÖHTƏŞƏM MƏSCİDİN AÇILIŞINA ŞAHİD OLDUQ
Bakıda olduğumuz zaman möhtəşəm bir məscidin açılışı oldu. Heydər Əliyev məscidi bircə sözlə desək,çox möhtəşəmdi.
Azərbaycan hamımıza örnək olası bir anım qəbiristanlıqı var.(Burada Fəxri Xiyaban nəzərdə tutulub.P.M.) Azərbaycan tarixinin bir şox yazıçıları, sənətçiləri, tarixçiləri, elm adamları, , alimləri, rəssamları, döyüşçüləri, filosofları , həyata, tarixə, gələcəyə dəyər qatan nə qədər məşhuru varsa hamısının məzarı dünyada bənzəri az olan böyük və baxımlı bir ərazidə əbədi uyuyur.
BAKI TÜRK ŞƏHİDLİYİ
Yazımın başında ifadə etmişdim; Azərbaycan bizim ana yurdumuz basdığımız hər qarış torpaqda şəhidlərimizin məzarları, Osmanlının dərin ağrı-acıları, əsərləri,izləri var. Gördüklərimin yalnız bir qisimini çəkdim. İzmir, Diyarbəkır, Qars, Muğla, Malatya, Kərkükdən gəlmiş yüzlərlə şəhidimiz yan-yana burda uyuyur. Məzar daşlarında adı belə olmayanlar var. Anadoludan kimliksiz gəlmiş və burada şəhid olmuşlar.
Bu coğrafiyada döyüşlərin çoxu ruslarla eyni cəbhədə və onların yedəyində gələn ermənilərlə olub.Xüsusilə 1918-ci ilərdəki döyüşlərin izləri hələ çox canlı.
Azərbaycana hər vətəndaşımızın mütləq getməsi, görməsi lazımdır. Bunun üçün kimlik yetər, vizaya da gərək yox.