Ana səhifə BAŞ YAZI Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel “Hörmət” ordeni ilə təltif olunub

Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel “Hörmət” ordeni ilə təltif olunub

Müəllif: Bizim Yazı
161 baxış

Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel “Hörmət” ordeni ilə təltif olunub.

Bizimyazı.az xəbər verir ki, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev adından dövlət mükafatını Xarici İşlər Naziri Yermek Köşerbayev təqdim edib.

Xarici siyasət qurumunun rəhbəri təbrik nitqində Qazaxıstan və Azərbaycan arasında strateji tərəfdaşlığı və sıx əməkdaşlığı qeyd edib.

Öz növbəsində Səfir Alim Bayel Azərbaycandakı Səfirliyin Qazaxıstanın xarici siyasətinin səmərəli həyata keçirilməsinə və Qazaxıstan-Azərbaycan müttəfiqlik münasibətlərinin gücləndirilməsinə yönəlmiş vəzifələrin icrasını davam etdirəcəyini bildirib.

Xeyriyyəçilik fəaliyyətinə görə azərbaycanlı iş adamı Amil Yusifov da “Hörmət” ordeni ilə təltif olunub. O, AZAL aviaşirkətinə məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən Qazaxıstan vətəndaşlarının ailə üzvlərinə mənzillər, həmçinin Aktau şəhərinin xilasedicilərinə, xəstəxanasına və təcili yardım stansiyasına avtomobillər hədiyyə edib.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.