Ana səhifə İCTİMAİ Qardaş Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərləri bir araya gəlib

Qardaş Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərləri bir araya gəlib

Müəllif: Bizim Yazı
491 baxış

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva TÜRKSOY-un Baş katibi Sultan Rayevlə görüşüb.

Bizimyazı.az xəbər verir ki, görüşdə türk xalqları arasındakı hərtərəfli dostluq münasibətlərinin daha da möhkəmlənməsində Türk Əməkdaşlıq Təşkilatları tərəfindən göstərilən səylərin önəmindən söz açılıb. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və TÜRKSOY-un Türk xalqlarına məxsus ortaq mədəni irsin təşviqi istiqamətindəki işləri üzrə ümumi söhbət aparılıb. Şuşanın “2023-cü il Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsinin mühüm əhəmiyyəti vurğulanaraq, bu səpkidə birgə təbirlərin həyata keçirilməsi müzakirə olunub. Görüşdə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun təşkili ilə bağlı görülən hazırlıqlardan bəhs edilib.
Eyni zamanda, tərəflər Beynəlxalq Türk Dilləri Forumunun və digər layihələrin keçirilməsi, eləcə də Türk Dünyasının böyük şəxsiyyətlərinin ildönümlərinin qeyd olunması yönündə əməkdaşlığın vacibliyinə toxunub.
Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə şəkilləri çəkilib.

Ayşən

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.