P.S.

Müəllif: Bizim Yazı
505 baxış

Cavid ŞÜKÜROV 

İlk dəfə əllərindən tutmaq – vidalaşmaqçün… Paradoksa bax, Sən Allah. Paradoksdan boluq biz. Maşallahı var, Vallah. Məsələn, biri də: ən sevdiyim mənə ən uzaq olandı… Daha biri: mənə ən çox uyan əks tərəfdə dayanandı. Hər şey öncədən yanlış idi yəqin. Eşqlər iki nəfərlikdi, axı. Bizim münasibətsə biri ölüb ikincisi sağ qalan əkiz uşaqlar kimidi. Həm əkizdi, həm tək… Biz doğulmamışdan öncə “biz” “mən”lərə, “sən”lərə bölünübmüş bəlkə də… Keçmiş haqqında, alınmayanlar haqqında “bəlkə”siz danışmaq olmur. “Bəlkə də”… Ağır sözdü…

***
Nə vaxt sevdim Səni?! Yanvarmıydı, fevralmıydı, martıydı yoxsa?! İlk gördüyümdə ürəyimə yatmamışdın. Xoşuma gəlməmişdi gözlərin. İndi ən çox gözlərinə aşiqəm, Badam Gözlüm. Yılmaz Erdoğan demiş:
kusura bakma sevgilim,
heybemde sana benzeyecek kadar
güzel bir şey yok”.
Zatən, heç bacarmadım anlatmağı. Anlatmaq derkən, Eynşteynin 5 yaşınadək olan halından heç fərqim yoxdu mənim. Sevdiklərimi özümdən incitməkdəsə əsl peşəkaram. Cem abinin sözünə qüvvət, “Master klass”!
3 il?! 4 il?! 5 il?! Zamanın nə önəmi?! Bütün acılara, ağrılara, əzablara, olmazlara görə minnətdaram, Sevdiyim! Bu məsələlərdə Səndən daha usta davranan ola bilməzdi, Pamuk Prensesim. Təşəkkürlər…
Təşəkkürlər ona görə ki, məndən insan yaratdın. Adam sevməsə insan ola bilməzmiş, öyrəndim. Acılar insanı olqunlaşdırır, öyrəndim. Acılar insana acımasız olmağı, hər şeyi boş verməyi, boş verə bilməyi öyrədir, öyrəndim. Xırda sevinclərə qane olmağı həyatın xırdalıqlardan ibarət olduğunu, xoşbəxtliyi böyütməmək lazım olduğunu öyrəndim – öyrətdin, Sevdiyim. İnanan insan oldum. Həyatın fəlsəfəsi inanmaq və sənə əks olan hər şeyi boş vermək, ciddiyə almamaqdı… Mənim fəlsəfəm Sənsən. Mən Sənə inanıram! Mən Səndən ibarətəm. Mən elə Sənəm! Qalan hər şey qeyri-ciddidir, boşdur!
Sən mənim yaşam tərzimsən. Həyat – bu elə Sənsən. Mən, həyatı, yaşamağı – Səni sevirəm!..

05.05.14, 20:32.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.