Ana səhifə ŞEİR Otlar haqqında elegiya – Yeqzar Cəfərlidən mənsur şeir…

Otlar haqqında elegiya – Yeqzar Cəfərlidən mənsur şeir…

Müəllif: Bizim Yazı
180 baxış

Bir tərəfdə xoş arzular…

Bir tərəfdə ölmüş duyğular…

Ah, deyəsən, öləndən sonra əsas sirdaşımız bellə vəhşicə çıxardığımız otlar olacaq…

Dekorativ güllər bəzəyəndə evimizi,

Yüz manatlıq gül buketləri sevgilimizin bizə təhəmmül müddətini uzadanda

O otlar “həzincə” əsirdi soyuqdan…

Qışda donub, yazın gəlişinə ümid ilə həyatda qalırdı bir çoxu…

Güclüləri insanlara qurban getməyə,

Zəifləri torpağa qarışmağa məhkum…

Ölmürdülərmi hər iki halda?!

Xoşca qalın, əziz otlar!

Qəbrimin üstündə bitəndə məndən intiqam almayın…

Qoyun doğmalarım yollarını səhv salıb ziyarətimə gələndə  təmtəraqsız evimi tapa bilsinlər…

 

Oğlum Dənizxanın məktəbdən çıxmasını gözləyərkən…

18.12.2025

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.