Türk Film Yapımçıları Məslək Birliyi Azərbaycan yazıçısı Orxan Fikrətoğlunun “Müjdə” ssenarisi əsasında film çəkəcək.
Birliyin rəhbəri Qalib Gültəkin bildirib ki, film Azərbaycanla bağlı olduğuna görə əgər istəsələr Mədəniyyət və Turizm Nazirliyinin Kino İdarəsi və ya hər hansı prodüsser mərkəzi bu layihəyə qatılıb, maddi dəstək də verə bilər.
Qeyd edək ki, filmin çəklişlərinə növbəti ildən başlanılacaq.
Onu da deyək xatırladaq ki, hazırda O.Fikrətoğlunun “Tək” adlı ssenarisi əsasında da Türkiyədə film çəkilir.
Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.