Ana səhifə İCTİMAİ Orxan Fikrətoğlunun 60 illik yubiley tədbiri keçiriləcək

Orxan Fikrətoğlunun 60 illik yubiley tədbiri keçiriləcək

Müəllif: Bizim Yazı
12 baxış

Əməkdar incəsənət xadimi, tanınmış yazıçı-publisist və telejurnalist Orxan Fikrətoğlunun 60 illik yubileyinə həsr olunmuş ədəbi-mədəni tədbir keçiriləcək.

Bizimyazı.az xəbər verir ki, martın 17-də (saat 15:00) Azərbaycanda Atatürk Mərkəzində təşkil olunacaq tədbir çərçivəsində yubilyarın çoxşaxəli yaradıcılıq yolu, Azərbaycan ədəbiyyatı və publisistikasında tutduğu yer, eləcə də televiziya məkanında gerçəkləşdirdiyi layihələr diqqət mərkəzində olacaq.

Tanınmış ictimai, ədəbiyyat və sənət xadimlərinin çıxış edəcəyi yubiley tədbirinə mədəniyyət ictimaiyyətinin nümayəndələri, media təmsilçiləri və oxucuların qatılması gözlənilir.

Onu da vurğulayaq ki, Orxan Fikrətoğlunun hekayə və esselərində gündəlik həyatın görünməyən qatları, insan psixologiyasının incə məqamları və zamanın ruhu bədii təfəkkürlə tanıdılır. Onun televiziya sahəsində həyata keçirdiyi layihələr də milli mədəniyyətin və ictimai düşüncənin təbliğinə xidmət edən önəmli media hadisələri kimi yadda qalıb.

Yubilyarın nəsrində özünəxas üslub, insan taleyinə və zamanın psixologiyasına yönələn müşahidə gücü, publisistikasında isə ictimai fikrə təsir edən analitik baxış mövcuddur.

İstər ədəbiyyat, istər publisistika, istərsə də televiziya sahəsində Orxan Fikrətoğlunun fəaliyyəti bir daha göstərir ki, söz və düşüncə mədəniyyətimizin canlı damarlarından biridir və bu damar zaman keçdikcə daha da dərinləşir.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.