Ana səhifə BAŞ YAZI MUSTAFA CƏMİL KIRIMOĞLU

MUSTAFA CƏMİL KIRIMOĞLU

Müəllif: Bizim Yazı
876 baxış

Mustafa Cəmil Kırımoğlu 1944-cü ildə deportasiyaya məruz qalan Krım Tatarlarmm öz doğma yurdlarına qayıtmaları uğrunda mübarizə aparan ən barışmaz Sovet dissidentlərindən biri olmuşdur. 1943-cü ildə Krımda doğulan M.Cəmilov 1959-cu ildə Özbəkistanda orta məktəbi bitirdikdən sonra Daşkənd şəhərində Orta Asiya Dövlət Universitetinin Şərqşünaslıq fakultəsinə daxil olmaq istəsə də, Krım tatarı olduğu üçün onun sənədlərini qəbul etməmişlər. 1962-ci ildə Daşkənddə İrriqasiya İnstitutunun Hidromeliorasiya fakultəsinə daxil olan M.Cəmilov milli və antisovet görüşlərinə görə həmin institutdan 1965-ci ildə xaric edilmişdir.
M.C. Kırımoğlu bütün sonrakı həyatmı Krım tatarlarmm doğma yurdlarma qaytarılması uğrunda mübarizəyə həsr etmişdir. 1966-cı ildə sovet ordusunda xidmətdən imtina etdiyinə görə il yarım iş almışdır. Ümumiyyətlə, M.Cəmilov 6 dəfə məhkum olunmuş, üst-üstə 17 il keçmiş SSRİ-nin ən ciddi rejimli həbs düşərgələrində məhbus həyatı yaşamışdır.
1991-ci ildə Krım tatarlarının ikinci xalq nümayəndələri qurultayında Krım tatarlarmm yeganə nümayəndəli orqanı olan Xalq Məclisinin sədri seçilən M.Cəmilov, 1998-ci ildə «Rux» partiyasının siyahısı üzrə Ukrayna parlamentinin deputatı seçilmişdir və hazırda Ukrayna Ali Radasmm insan hüquqları, milli azlıqlar və milli münasibətlər Komitəsinin üzvüdür.
1998-ci ildə M.C. Kırımoğlu insan hüquqlarının müdafiəsi sahəsində göstərdiyi fəaliyyətə görə BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığının F.Nansen adına mükafatma layiq görülmüşdür. 2001-ci il avqustun 21-də isə Ukrayna Prezidentinin fərmanı ilə Knyaz Yaroslav Mudrı ordeni ilə təltif olunmuşdur.
M.C.: “… Ancaq mən ümidvaram ki, tezliklə, lap tezliklə elə bir vaxt gələcək ki, vətəndaşların əksəriyyəti bu ölkədə kimin əsl cani və satqın olduğunu daha yaxşı anlayacaq” (Alqışlar)
Zalda sakitlik bərpa ediləndən sonra, hakim müttəhimə son söz verildiyini elan edir.
M.C.: – Bəlkə bir neçə dəqiqəlik fasilə elan edəsiniz? Mən axı 3 saat fasiləsiz çıxış etmişəm…
H.: – Bizim buna vaxtımız yoxdur, hələ hökm də yazmaq lazımdır. Heç kim sizdən bu qədər uzun nitq söyləməyi xahiş etməmişdi. Son sözünüzdə isə sizə yalnız məhkəmədən nə xahiş etməyiniz qalır…
M.C.: – Mən ancaq 10-15 dəqiqəlik fasilədən danışıram. Hökm sizin vaxtınızı çox almayacaq, axı onu yazmaq yox, ancaq üzünü köçürmək lazımdır. Yaxşı, fasiləsiz də keçinərik.

SON SÖZ

Bir azdan sonra altı günlük məhkəmə araşdırmasının formal nəticəsi sayılan hökm oxunacaq. Ancaq çoxlarma, əlbəttə elə mənim özümə də, yaxşı məlumdur ki, öncə hökm, sonra isə istintaq və məhkəmə adlanan bu ikipərdəli tamaşa hazırlanmışdır.
Əlbəttə, hökmün mətnində burda danışılanlar da müəyyən həddə və özünəməxsus yorumda öz əksini tapacaq. Ancaq onlar elə seçiləcəklər ki, hökmün artıq çoxdan diktə olunmuş yekun hissəsini “…təqsirkar bilinsin?”, “…məhkum olunsun!” qərarlarmı əsaslandıra bilsin. Və bütün bunlar altıncı dəfə, “sovet ictimai-dövlət quruluşuna böhtan” kimi formal ittiham üzrə isə üçüncü dəfə təkrar ediləcəkdir. Bu analoji prosseslərin hər birində və hər dəfə də uğursuz olaraq mən vəsatət qaldırmalı və tələb etməli olmuşam ki, hazırlanmasmda və ya yayılmasında ittiham edildiyim ərizə, müraciət və yaxud digər materiallardakı konkret faktlar və hadisələr araşdırılsm. Axı, əslində bu və ya digər sənədi yalnız o halda böhtan adlandırmaq olar ki, həmin sənəddə haqqmda danışılan hadisələrin və faktların doğrudan da baş vermədiyi yoxlanılıb sübuta yetirilmiş olsun. Ancaq yenə də təkrar-təkrar əmin olursan ki, siyasi məsələlərə toxunan proseslərdə digər ölçülər mövcuddur.
İnkarolunmaz həqiqət burada yalnız hakimiyyətin və ona xidmət edən informasiya və təbliğat vasitələrinin saydığı həqiqət hesab olunur. Yalnız Kremlin rəhbərləri və onların hakimiyyətlərini əsaslandırmaq və mədh etmək məqsədini həyata keçirən təbliğat mərkəzlərinin ictimai-siyasi baxışları düzgün sayılır. Əgər kimsə, onların ehkamlarma və göstərişlərinə zidd olan nəsə bir şey desə və yaxud, hətta öz qızına yazdığı məktubunda bir şey yazsa, deməli o böhtançıdır, qatı cinayətkardır, onu qazamata salmaq və yaxud həbs düşərgəsinə yollamaq lazımdır.
Nə qədər ikiüzlü olmalı və həqiqətə nə qədər sayğısız yanaşmalısan ki, məsələn, krım tatarlarmm heç bir problemi olmadığmı iddia edə və onların hüquqlarmm pozulması barədə bəyanatları sovet rəhbərlərinin müdrik siyasətinə böhtan kimi qiymətləndirə biləsən.
Vətəni, dövlətçiliyi, 100 illərlə yaratdığı milli mədəniyyəti, müqəddəs məkanları əlindən alınmış, ona qarşı işlənmiş dəhşətli cinayət nəticəsində öz tərkibinin böyük faizini itirmiş, millət kimi tam assimilyasiya və yoxolma təhlükəsiylə üz-üzə qalmış bir xalqın, sən demə, heç bir poblemi yoxmuş və onu bu hala salanlara qarşı heç bir etirazı olmamalıdır.
Krım hakimiyyət orqanlarının həyasızcasma özbaşmalığı və təhqiramiz hərəkətlərindən təngə gəlmiş Musa Mamut ümidsiz bir qərar qəbul edir — etiraz əlaməti olaraq özünü yandırır və heç olmasa yanan cismi və əzablı ölümü hesabma bu qanunsuzluqları törədənlərin vicdanmı oyatmağa çalışır. Lakin vicdan susur, qanunsuzluqların qarşısı alınmaq əvəzinə hadisə barədə geniş ictimaiyyəti məlumatlandıranlar repressiyaya məruz qalır. Burada çox suallar oldu ki, mənim yazdığım və ya axtarış zamanı məndə tapılmış məktub və sənədlərdə öz əksini tapan digər məsələlərin — psixiatriyadan sui-istifadənin, Saxarovun, Orlovun taleyinin, adventistlər üzərində prosesin, Əfqanıstan hadisələrinin və bu kimi digər problemlərin krım tatarlarının milli problemləri ilə nə əlaqəsi var.
Burada ancaq öz milli məsələsi ilə bağlı ölkənin mərkəzi hakimiyyət orqanlarma müraciət etdiyinə görə dəlixanaya salmmış krım tatar millətinin nümayəndəsi ifadə verdi, Saxarov və Orlovun krım tatarlarmm müdafiəsi ilə bağlı çıxışları çoxlarma məlumdur, kimsə hesablayıb ki, təkcə Səmərqənd vilayətindən Əfqanıstanda artıq 130-dan çox krım-tatar gənci həlak olub. Ancaq məsələ bunda deyil.
Ədalət də azadlıq kimi bölünməz məfhumdur. Digərlərinə münasibətdə ədalətin pozulduğu vaxt özün üçün ədalətə nail olub vicdanı susmağa məcbur etmək olmaz. Bu məsələdə “sən mənə-mən sənə” kimi hesablaşmalara yer yoxdur.
Orqanların hüquq müdafiə qüvvələrini parçalayıb bölmək və bir-birindən ayrı salmaq istəyi əlbəttə başadüşüləndir, çünki hər bir hərəkatm ayrılıqda axırına çıxmaq çox asandır. Ona görə də onların “biz ancaq öz məsələlərimizlə məşğul olmalıyıq, başqalarının problemlərinə qarışmamalıyıq, bununla da öz problemlərimizi daha tez həll edərik” tipli mənəviyyat dərsləri ancaq korafəhm insanlara inandırıcı görünə bilər.
İttihamnamədə deyilir ki, mən bir neçə dəfə həbs olunmuşam, ancaq özüm üçün lazımi nəticələr çıxarmamışam. Əlbəttə, bu yanlışdır. Hər bir prosesdən sonra mən lazımi nəticələr çıxarıram və ya artıq öncələr çıxardığım nəticələrə düzəlişlər edirəm. Bu gün hökm oxunacaq və mən yenə də öz həmvətənlərimdən, qohum və əqrəbamdan uzun müddət ayrı düşəcək, sonra isə həmişə olduğu kimi , təkcə mənim üçün deyil, həm də mənim ailəm üçün maksimal dərəcədə çətin olsun deyə çox-çox uzaqlara göndəriləcəyəm. Əlbəttə, mən bundan da özüm üçün lazımi nəticələr çıxaracam.
Ancaq, məsələ kimin hansı nəticəni daha lazımlı saymasmdadır. Orqanlar, əlbəttə istərdilər ki, mən nəhayət, onların gücü və qüdrəti qarşısmda daxilən sınım, düşdüyüm vəziyyətlə barışım və öz tələblərimi şəxsi maraqlarla məhdudlaşdırım. Ancaq bu olmayacaq. On dörd il bundan öncə Daşkənd şəhər məhkəməsində keçirilən belə bir altıgünlük prosesin sonunda son sözümü deyərkən mən and içmişəm ki, heç kim heç bir vaxt heç bir şəraitdə məni milli qürurum, vicdanım və ləyaqətimlə şərtlənən borc və öhdəliklərimdən imtina etməyə məcbur edə bilməz.
Bu gün mən bu andı təkrar edə bilərəm və ümidvaram ki, son günlərimədək bu prinsipə sadiq qala bilmək üçün mənim kifayət qədər mənəvi qüvvəm olacaqdır.

Qaynaq: http://inamcfp.org/3-cusektor

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.