Millət vəkili, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü dr. Cavanşir FEYZİYEVə qardaş ölkənin iki bələdiyyəsi tərəfindən TƏŞƏKKÜR BƏLGƏSİ göndərilib. Fəthiyyə Bələdiyyəsi və Sarıqamış Bələdiyyəsi başqanlarının imzaladığı bəlgələrdə, Sarıqamışda doğulmuş, Fəthiyyədə yaşayan Şəki kökənli şair-publisist Coşğun Qarabuludun Bakıda kitabının çıxmasına göstərdiyi maddi və mənəvi dəstəyə görə millət vəkilimizə təşəkkür edilir.
Qeyd edək ki, Coşğun Qarabulud bugünlərdə Cavanşir Feyziyevin dəvəti ilə Azərbaycanda səfərdə olmuş, dədələrinin yurdu Şəkidə, habelə, Mingəçevir, Sumqayıt və Bakıda maraqlı görüşlər keçirmişdir.
Onu da əlavə edək ki, bundan bir qədər öncə Türkiyənin nüfuzlu EkoAVRASYA qurumu da millət vəkilimizi təltif etmişdi.
Sayğıdəyər millət vəkilimizi qutlayır, türk dünyasının ictimai-mədəni ilişkilərinin dərinləşməsi yönündə çalışmalarında yeni uğurlar diləyirik!