Ana səhifə YENİLİKLƏR “Mahmud və Məryəm” filminin Azərbaycanda çəkilişləri başa çatmışdır

“Mahmud və Məryəm” filminin Azərbaycanda çəkilişləri başa çatmışdır

Müəllif: Bizim Yazı
1. 229 baxış

 Xalq Yazıçısı ELÇİNin “Mahmud və Məryəm” romanı əsasında ekranlaşdırılan eyniadlı filmin Azərbaycanda aparılan çəkilişləri başa çatmışdır. Bundan sonra filmin əsas hissələri Türkiyədə lentə alınacaqdır.
AzərTAc xəbər verir ki, 11 gün ərzində Şəki, Qax, Qəbələ və Bakıda gərgin çəkilişlər aparılmışdır. Azərbaycan və Türkiyənin birgə işi olan “Mahmud və Məryəm” tammetrajlı filminin ölkəmizdəki son çəkilişləri İçərişəhərdə yerləşən “Karvansaray”da gerçəkləşmişdir.
Film Azərbaycanın “Salnamə” studiyası və Türkiyənin “24 Kare Film” şirkəti tərəfindən istehsal olunur. 
Filmin prodüseri Sevda Kayğısız, quruluşçu rejissoru Mehmet Ada Öztekindir. 
Filmin çəkilişlərindən əvvəl aktyorlar 3 ay ərzində döyüş səhnələri üçün təlim keçmişlər. Filmdə Mahmud rolunu Aras Bulut, Məryəm rolunu qazaxıstanlı Eva Dedova canlandırırlar. Eyni zamanda, filmdə bir çox tanınmış aktyorlar da rol almışlar. Xristian qızını sevən Mahmudun atası Ziyad xan obrazını Xalq Artisti Fəxrəddin Manafov, anası Qəmərbanunu Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova ifa edirlər. Ekran əsərinin rejissoru Mehmet Ada Öztəkindir.
Mahmud və Məryəm”in çəkilişləri Türkiyədə dekorasiyalar qurulan 8 min kvadratmetrlik böyük bir yaylaqda aparılacaqdır. Filmdə bir çox vizual effektlərdən istifadə olunduğu üçün montaj prosesi 3 ay davam edəcəkdir. 120 dəqiqəlik filmin Azərbaycan dili ilə yanaşı, müxtəlif dillərə dublyaj olunması gözlənilir. 
İki ayrı-ayrı dünyalara aid gəncin sevgi hekayəsindən bəhs edən “Mahmud və Məryəm” filminin gələn ildən etibarən Azərbaycan, Türkiyə, Rusiya və 9 Avropa ölkəsinin kinoteatrlarında, daha sonra televiziyada nümayiş olunması nəzərdə tutulmuşdur.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.