Yazıçı-publisist Mahir Qabiloğlunun yeni kitabı çıxıb. “CƏNCƏHİM” adlanan yeni kitabda yazarın eyni adlı romanı yer alır.
Adından da göründüyü kimi, M.Qabiloğlunun yeni romanı öz adı ilə leksionumuza yeni bir söz də bəxş etmiş olur: Cənnətin, Cəhənnəmin ilk hecaları və İnkirlə Minkirin baş hərflərindən oluşan roman adı CƏNCƏHİM şəklində yeni bir qavram ifadə etməkdədir. Bu da, “nə cənnət, nə cəhənnəm” durumunu – aralıq (keçid) halını ifadə etməkdədir.
Adının strukturu kimi əsərin strukturu da mürəkkəb kompozisiya(lar) üzərində qurulub və oxucunu bir yox, bəlkə bir neçə dəfə oxuya çağırır… Ustad Xalq Şairi Qabilin ocağı başında böyümüş tanınmış yazıçı-publisistin özü deyir ki, “CƏNCƏHİM” süjet xətti, toxunduğu mövzular, əhatə dairəsi, psixoloji məqamları, işlənmə şəkli ilə bir ilkdir.”
Kitabın redaktoru tanınmış jurnalist-psixoloq Eldəniz Elgündür.