Xalq şairi Qabil
– Salam.
– Mən Qabilin oğluyam.
– Şair Qabil?
– Bəli.
– Buyurun…
Heydər Əliyevin dostu
– Salam.
– Salam.
– Mən Qabilin oğluyam
– Heydər Əliyevin dostu?
– Bəli.
– Buyurun…
“Səhv düşəndə yerimiz”
– Salam.
– Salam.
– Mən Qabilin oğluyam.
– Qeyrətsiz oluruq biz,
Səhv düşəndə yerimiz?
– Bəli
– Buyurun…
“Nəsimi” poeması
– Salam
– Salam
– Mən Qabilin oğluyam.
– “Nəsimi” poemasını yazan?
– Bəli.
– Buyurun…
Rübai
– Salam.
– Salam.
– Mən Qabiin oğluyam
– Kişi adam vurar, adam dolamaz
Kişi təslim olar, quyruq bulamaz
Arvad qabağında boşqab sındırıb
Kişi qabağında boşqab yalamaz.
– Bəli.
– Buyurun.
“İstiqlal” ordenli
– Salam.
– Salam.
– Mən Qabilin oğluyam.
– İlham Əliyev “İstiqlal” ordeni verən Qabilin?
– Bəli.
– Buyurun…
“Paravoz Qabil”
– Salam, müstəntiq Bahadır.
– Salam.
– Mən Qabilin oğluyam.
– Hansı? – “Paravoz” Qabilin?
– Bəli.
– Buyurun…
Mahirin atası
– Salam.
– Salam.
– Mən Qabilin oğluyam.
– Hansı. O dünyadan məktublar yazan Mahirin atasını deyirsən?
– Bəli.
– Maraqlıdır. Bir qulluğunuz?..
Qaynaq: Modern.Az