Ana səhifə YAZILAR Leyla Əliyevanın şeiri Mahir Qabiloğlunun çevirməsində:

Leyla Əliyevanın şeiri Mahir Qabiloğlunun çevirməsində:

Müəllif: Bizim Yazı
976 baxış

SƏNİ TƏRK EDƏCƏYƏM

Səni tərk edəcəyəm! –
Tənha qoyacam səni,
Nə zaman dönsəm belə…

bunu bir möcüzə bil.
Ötsə günlər-aylar, dolansa illər,
Bu ürəyin qapısı bir də açılan deyil…

Çıxıb gedəcəyəm…– görsən, ağlama,
Ağlamaq acizlik əlamətidir..!
Artıq nə faydası var? –
hisslərini paylaşma,
Mən belə yaşayamam…
Bu həyat mənlik deyil.

Deyirlər bivəfa, fani dünyada
hərənin bir yarı, can parəsi var,
Bu haqda düşünmək mənə çətindir…
Tənhalıq,
yaxın gəl! – sənsən mənə yar…

Tanrı canlıları cüt-cüt yaradıb,
Bunu mən demirəm, aqillər deyir.
Amma həqiqətdə təklik var, təklik…
Cüt yaranış fikri – bilməm, nə sirdir..?

Çıxıb gedəcəyəm, baxma, yalvarma,
Əsla, qalmağımı xahiş etmə sən..!
Peşiman görünmə, nə də ki, qəmlən,
Olsun ki, ruhunda əbədiyəm mən…

Çıxıb gedəcəyəm,
tərk edəcəyəm,
Qazandıqlarımı heç edəcəyəm..!
(Mənim dünyam boşdur,
bil ki, çoxdan boş!)
“Əlvida, əlvida!” – söyləyəcəyəm,
Sənsə “İlk sevdaya qiymət vermədik”
deyib, qəmlənəcəksən…

Mən çıxıb gedəcəm –
Səni tərk eyləyəcəm,
Vuracaqsan qəlbimə
“Ürəksiz” damğasını.
Bağışlamayacaqsan,
Bilirəm bunu…
Cismən ayrlsaq da biz,
Unudua bilməz ruhun…

Ruscadan çevirəni: Mahir QABİLOĞLU

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.