Ana səhifə BAŞ YAZI Könül Səid. Yeni ilin ilk iki şeirİ

Könül Səid. Yeni ilin ilk iki şeirİ

Müəllif: Bizim Yazı
1. 063 baxış

***
Bu gecə qəribdi ruhum, ovqatım,
Özünə yox, özgələrə bənzəyir…
Dalğından dalğındı… Dar-dağınıqdı…
Bu saat
hər zaman getdiyim yolda
azaram,
Sevdiyimi sevməz,
Gördüyümü görməzəm sanki…
Düyünlənmiş taleyimə bu kədər…
…O belə deyildi, deyər yad insan,
Yad bir səs…
Bu gecə gözlərim gördüyü bütün filmləri
Yenidən görər
Dönər ən başa.
Yenidən yol alar gedər…
Tanımaz onları
Kişiləri,
Qadınları…
Bu gecə yolların sonunda isıq tapar
itlər hürər;
O qorxmaz
Sarılar hər şeyə…
Tutunar həyatın yeniliyinə…

***
Gəmilər keçər bizim dənizdən
Boz gəmilər…
Keçər gedər.
Boşuna kürək çəkirik,
boşuna…
Dəniz mavi,
Dəniz təmiz;
Keçər gedər gəmilər
Boz gəmilər…
Əksini salar

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.