Bizimyazı.az xəbər verir ki, Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Əməkdar incəsənət xadimi, Ü.Hacıbəyli adına Bakı Musigi Akademiyasının Elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Gülnaz Abdullazadə, Azərbayacanın Xalq artisti, professor Ramiz Quliyev, BMA Elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənli ilə görüşüb.
İncəsənət xadimləri, sənətşünas alim və pedaqoqlarla görüşdə musiqi mədəniyyəti, incəsənətin güncəl məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Komitə sədri görüş iştirakçılarını Novruz bayramı ilə bağlı təbrik edib, onlara yeni yaradıcılıq uğurları diləyib.
Səmimi görüş, səmərəli müzakirə üçün təşəkkür edən incəsənət xadimləri öz yeni kitab və albomlarını Komitə sədri üçün imzalayıb.