Ana səhifə YENİLİKLƏR “KitabSevərlər”in “OxucuKlubu”… “OdlarYurdu”nda…

“KitabSevərlər”in “OxucuKlubu”… “OdlarYurdu”nda…

Müəllif: Bizim Yazı
1. 006 baxış

“Kitabsevərlər” hərəkatının nəzdində “Oxucu klubu” layihəsinə start verilib. Klub ilk görüşünü iyunun 18-də “Odlar Yurdu” Universitetində keçirib. Görüşün qonağı tanınmış şair-tərcüməçi Cəlil Cavanşir olub.
Tədbiri giriş sözü ilə açan gənc yazıçı Cavid Qədir “Oxucu klubu” layihəsi və tədbirin məqsədi haqqında geniş məlumat verib.
Daha sonra söz alan qonaq “Ədəbiyyatda inteqrasiya və tərcümə” mövzusunda mühazirə oxuyub, iştirakçıların suallarını cavablandırıb.
Ədəbiyyatdakı inteqrasiyadan danışan Cəlil Cavanşir qeyd edib ki, bu istiqamətdə tərcümənin rolu böyükdür. Eyni zamanda, tərcümənin hazırkı vəziyyətindən danışarkən Tərcümə Mərkəzinin və nəşriyyatların işindən də söz açıb: “Bu səpkidə gənc tərcüməçilərə, gənc yazarlara şərait yaradılmasının vacib olduğunu düşünürəm. Hazırda dünya ədəbiyyatından tərcümələr dağınıq və plansız formada həyata keçirilir. Prezidentin sərəncamı ilə 3-4 ildir ki, dünya ədəbiyyatının 150 cilddə nəşri prosessi həyata keçirilir. Bu layihə həm tərcümənin keyfiyyətinə, həm də həcminə görə təqdirə layiqdir. Ancaq eyni müəlliflərin təkrar-təkrar nəşr olunması, dedektiv əsərlərin kütləvi şəkildə tərcüməsi ədəbiyyata xidmət kimi görünsə də, əslində, bu prosessi ləngidir”.
Sözügedən qrupun üzvləri və oxucuların iştirakı ilə baş tutan görüşdə gənc yazıçı Fərhad Amur da mövzu ilə bağlı fikirlərini səsləndirib, özünün yeni çapdan çıxan kitabını tədbir iştirakçıları üçün imzalayıb.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.