KLAVDİA PİCCİNNO
(Claudia Piccinno)*
BULUD UDAR
Azad bulud kimi
Mart səmasında
Qaranquş xırdalığının
fərqində,
İnad etdim təslim olmayacağam
işığa belə…
Sübutçun özümü yormayacağam,
Qırx quldurun istədiyi
işbirliyi içində
qızıl medal qapmaq üçün.
Borc və kredit məntiqi mənə yaddı,
Azad küləkləri təqib edirəm,
Müqəddəslik göylərində süzürəm
Olmadan günəş kölgəsi
Və xəstə vücudun vəfasızlığı…
SÜLH ÜÇÜN YALVARIRAM
Sülh və əmin-amanlıq – budur mənim
dua etdiyim pərilər,
Oğlumun sabah hər kəsin
gözündə sülh görməsi,
Yer üzündə, insanlığın təbii krallığında
bəxtəvər ömür sürməsi.
Qoy marallar bulaqlardan qorxu-hürküsüz su içsin,
Qarışqalar qışdan sağ-salamat çıxsın,
Kəpənəklər sabahlara sərhəd, hüdud tanımadan
əbədi bir rəqslə uçsun.
Sülh və əmin amanlıq olsun
dəyrimi masasında bizim qubernatorun,
Necə ki, bir vaxt atalar
Ölkənin taleyi üçün narahatdı.
Sülh və rahatlıq olsun
bütün bərabərhüquqlu dərnəklərdə.
Mavi iqtisadiyyatda, bir də xəstəxanalarda.,
O yerdə ki, ötüb gedən saatlar
neştəri qızılı şüalara çevirir.
Mənim istədiyim sülh, ümid etdiyim rahatlıq
İnsamlığa etiqad edənlər üçündür., bil.
O kəslər üçündür ki, onlardan qeyri-müəyyən
heç nə tələb olunmur,
O kəslər üçündür ki, bu haqda təcrübəsizcə danışır.
DAVUD SƏNİN ADIN
(Şeir autizmli bir uşağa həsr olunub)
Gözləriniz Davudu harada dayandırdı?
Bir bütünü görməməkçün parçalarına düşdünüz.
Asan deyil hisslərin kompasın şifrələmək
Bu sosial stimullar xaosunda.
Necə dəstəkləyim mən mükafatı
Bu mürəkəb bioloji aləmdə?
Duyğular arasındakı
Əlaqə xətalarını daim müşahidə etmək –
Bu bizimçün, “adi normal” olanlarçun böyük səydir.
Jestləri bir ümumi diqqətlə əvəzləmək,
Bir istəyi aydınlığa çıxarmaqçun sənə enmək,
Bunlar başımda məcburi məqsəd kimi.
Davud sənin adın,
Sən mənimçün bir diaqnoz deyilsən,
Ya genetik memarılığın bir nüsxəsi,
qüsuru da deyilsən.
Bir diqqətsizlik əsəri,
Erkən, ya geç müdaxilə,
Pozulmuş bir beyin plastikliyi,
Bir spektrum pozuqluğu.
Davud sənin adın
Detalları sevən uşaq. . .
Sənin baxışlarını geyib
Qarışıq stereotiplərini dinləyəcəyəm.
Enəcəyəm dərinə,
kəsişəcəyəm səni çəkən o cisimlə,
Səni o dar otağa
bağlayan məsafəni biryolluq qısaltmaqçun…
* Klavdia Piccinno 1970-ci ildə İtaliyanın Salentino yarımadasında Puliya inzibati ərazisindəki Leççe şəhərində doğulmuşdur. Çox gənc yaşlarından hazırda ibtidai məktəb təhsili verdiyi İtaliyanın şimalında yaşayır.. O, yetmişdən artıq antologiyada fəaliyyət göstərmiş, çoxsaylı milli və beynəlxalq ədəbi mükafatların münsiflər heyətində təmsil olunmuşdur. Klavdia Piccinnonun çap olunmuş əsərləri: “Sfinks və Pierro” (“Aletti” nəşriyyatı, 2011), “Eyforiya qədəhi” bir neçə tranzitdə (“Rupe” nəşriyyatı, 2012), “Tavan, xaricdən qısa filmlər” (“Alqırmızı hərflər” nəşriyyatı, ingiliscə nəşri may, 2014; serbcə nəşri iyul, 2014), “Moruq rəmgli hörümçək toru” (“Skarlet Letter” nəşriyyatı, 2015), “Tavan, Baska Yerlerdeki Kısa Filmler, Artshop, İstanbul, 2016) onu Türkiyə, Serbiya, İtaliya, Belçika, Albaniya oxucularına tanıtmışdır.
İtalyan şairi Klavdia Piccinno 2015-ci ilin iyunundan Dünya şairləri qrupu “Pentasi B”-də öncül yazar kimi tanınmış, 2016-cı ilin mayından etibarən Beynəlxalq Oup arxivlərində beynəlxalq səviyyədə fərqlənir və hörmətə əsaslanan şeirləri təşviq etmək üçün çalışır.
Parisdə “1-ci Ədəbi Söz” ödülünü, İsveçrənin Lugano şəhərində 3-cü ədəbi ödülü, Albaniyada 3-cü ədəbi ödülü almış, eləcə də bir çox önəmli milli və beynəlxalq şeir yarışmalarımın ödüllərini almışdır. Klavdia Piccinno 2016-cı ilin noyabrında İstanbulda “Rosetta yoldaşlığı” Dünya Ədəbi Mükafatı ilə mükafatlandırılan ilk italyan şairi olmuşdur. 2017-ci ilin aprelində Nigeriyanın Ond şəhərinin Vip üçün ən nüfuzlu “Dünya sülh simvolu” ilə mükafatlandırılacaq.
Onun “Mavilikdə” adlı şeiri Santa Caterina di Nardo (Le) sahilində yerləşdirilmiş bir majolica stelində ifa olunur. Ötən ilin iyun ayında İtaliyada keçirilən beynəlxalq şeir və sənət sərgisində sənət rejissoru kimi uğur qazanmışdır. O, Türkiyədə beynəlxalq “Rozetta” Dünya ədəbiyyatı jurnalının italyan redaktorudur. Klavdia Piccinno Albaniyada Atunis jurnalında fəal ədəbi çıxışları ilə fərqlənir.
(Azərbaycan dilinə Təranə TURAN Rəhimli çevirib.)