«Əgər sizlər bir an belə mənim kimi eşq dərdinə düşmüş olsaydınız hər qəmimdə dərd ortağım olurdunuz… Siz eşqdən bir şey anlamazsınız. Çünki mənim düçar olduğum bəlaya düçar olmadınız». – Fəridəddin Əttarın Şeyx Sənanı onu tərk edib gedən müridlərinə belə deyir.
«Yaqlaşma dur… çəkil asi!
Çünki Beytülharam demək burası,
Daxil olmaq yasaqdır əğyarə.
Sən ki, məhrəm deyilsin əsrarə!» – Hüseyn Cavidin Şeyx Sənanı ona yaxınlaşmaq istəyən müridinə belə söyləyir.
Cavidin «Şeyx Sənan»ı dünyada Şeyx Sənan mövzusunda yazılmış ilk səhnə əsəridir…
Dünya ədəbiyyatında təsəvvüf anlamlarının bir küll halında dramaturgiyaya tətbiq edildiyi ilk əsərdir.
Şeyx Sənanı türkləşdirən ilk «Şeyx Sənan»dır.
«Nəzmini və yazıldığı zamanı bilmədiyimiz bir Şeyx Sənan qissəsi»ni xatırladan Fuad Köprülü həmin qissənin Gülşəhrinin «Dastani-Abdurrəzzaq» (Gülşəhrinin Şeyx Sənanı Abdurrəzzaqdır – A.T.) əsərinin əvvəlində uzun-uzun anladıldığını, nəhayət, bu əsərin XII, yaxud XIII əsrlərdə bir şair tərəfindən nəzmən yazıldığını, lakin dilinin qaba, ibtidai, vəzninin çox qüsurlu olması səbəbilə Gülşəhrinin həmin qissəni yenidən yazmaq lüzumunu hiss etməsindən bəhs edirdi.
Amma əfsanənin ən möhtəşəm nümunəsi, şübhəsiz ki, Fəridəddin Əttara (XII yüzil) məxsusdur. XV yüzildə Əlişir Nəvainin yazdığı «Qisseyi-Şeyx Sənan» isə Bertelsin də bildirdiyi kimi, Əttara məxsus olan mətnin sətirbəsətir tərCüməsindən ibarət idi. Nəvainin əsərində iqtibas olmayan yalnız deyrdəki – məbəddəki zahiri təsvirlərdir. Bertels haqlı olaraq onu da əlavə edir ki, Nəvai xristianlığın və atəşpərəstliyin mahiyyətini Fəridəddin Əttardan daha yaxşı bilirdi.
Hüseyn Cavidin «Şeyx Sənan» faCiəsi öz klassik mahiyyətiylə Fəridəddin Əttarın «Mantıku t-tayr» əsərindəki Şeyx Sənan hekayəti ilə, demək olar ki, eyni təsəvvüf ortamında Cərəyan edirdi. Hər iki əsərin paralel mütaliəsi zamanı aydın olur ki, Əttarda və Caviddə, az qala, sucet, mətn və rəmzlər belə eynidir, amma buna rəğmən fərqlər Cüzi olduğu qədər də çox Ciddidir.
12-сi əsrin Şeyx Sənanı Anadoluya səfər edir.
20-сi əsrin Şeyx Sənanı Qafqaza gəlir.
12-сi əsrin Şeyx Sənanına xristian qiyafəsinə girməyi, donuz otarmağı, şərab içməyi aşiq olduğu xristian gözəli təklif edir.
20-сi əsrin Şeyx Sənanı üzərində bütün bu sınaqları xristian sevgilinin atası tətbiq edir.
12-сi əsrin Şeyx Sənanı yenidən Məkkəyə qayıtmaq qərarına gəlir.
20-сi əsrin Şeyx Sənanı Nuri-Yəzdana Qafqazda qovuşur.
12-сi əsrin Şeyx Sənanı yaşı altmış çivarında olan ixtiyar bir aşiqdir.
20-сi əsrin Şeyx Sənanı otuz yaşlarında gənс bir mürşidi-kamildir və s…
Hənəfi Zeynallı Fəridəddin Əttarın Şeyx Sənanını «fars psixologiyalı, dimağı kiflənmiş, içi çürümüş, puçlaşmış bir şəxsiyyət» kimi səCiyyələndirir və üstünlüyü Cavidin Şeyx Sənanına verir.
Amma Fəridəddin Əttarın Şeyx Sənanından xəbərdar olsa da, Hənəfi Zeynallı təsəvvüf rəmzlərindən xəbərsiz idi. Çünki Əttarın Şeyx Sənanında «fars psixolocisindən, kiflənmiş dimağdan, mənəvi çürüntüdən» əsər-əlamət belə yoxdur və o, irfan rəmzləriylə yüklənmiş tamam fərqli və çox möhtəşəm bir Şeyx Sənandır.
***
«Şeyx Sənan» faCiəsində irfan amilini müstəqim, Cavidin bütün digər problemlərindən əlahiddə araşdırmaq mümkün deyil. Çünki irfan işığı Cavid irsini bütövlükdə qapsamaqdadır.
Şeyx Sənan sırf irfani bir obrazdır, irfan sirlərinin daşıyıCısıdır və onun yazarı da ədəbiyyatın təsəvvüf qatına ilk dəfə bu möhtəşəm obrazın araçılığı ilə baş vururdu və «Şeyx Sənan»da təsəvvüfün çağdaş bir yorumunu»(B.Kırzıoğlu) gerçəkləşdirirdi.
***
«Şeyx Sənan» rəmzlər külliyyatıdır.
Şeyx Sənanın hələ Məkkədəykən gördüyü və Şeyx Kəbirə anlatdığı röya sırf təsəvvüfi bir məqamın bəlirtisiydi.
(Fəridəddin Əttarın Şeyx Sənanı da «kəndisini müridlərinin mürşidi bilməsinə rəğmən hər geCə üst-üstə şöylə bir röya gördü: «Hərəmdən (Kəbədən) çıxmış, Rum diyarına getmişdi və orada bir bütə səCdə edirdi»).
Bir halda ki, röya İlahi hikmətlərin yolu və ifadəsiydi, «möminin röyası nübüvvətin qırx altı Cüzündən biridir» (hədis), o zaman, Şeyxin Məkkədə Qafqaz səfəri ərəfəsində gördüyü röya «Şeyx Sənan»ın ötəri, dramatik məqamlarından biri deyil, vaCib və əhəmiyyətli amillərindən biri olaraq araşdırılmalıdır:
Ey böyük Şeyx!Gördüm ətrafi
Sarıyor inCə, xoş bir aydınlıq.
Geсənin sanki xəndeyi-safi
Saçıyor kainatə bayğınlıq.
Ruhu təsxir edən gözəl mehtab,
Dəmbədəm nəşr edərdi mövсeyi-nur,
Gəldi bir şeyx o dəm yüzündə niqab…
Röyaların təsəvvüf aspektində yorumuna müvafiq olaraq bu, İlahi eşq məqamını ifadə edən ənfusi röyadır. Yəni «Haqqın könüldə və ruhdakı» təCəllasıdır.
Nurlardan bayğın kainat, ruhu oxşayan mehtab – Ay, Şeyx… romantik ənənənin təsəvvüflə uzlaşdırılması kimi dərk olunmalıdır və Cavidin röya amilini unutmaması onun türk dramaturgiyasına irfan rəmzlərini toplu halında gətirməsinin düşündürüCü göstəriCisidir.
***
Sənan (Qafqaz), Cənnət və dərgah ərəfəsindəydi.
***
Şeyx Sənana ünvanlanmış bədii bənzətmələr çoxdur və bütün bu təyinat və bənzətmələrin, demək olar ki, bütövlükdə hər biri təsəvvüf anlayışına uyğun rəmzlərdən ibarətdir.
Cavidə görə, Şeyx Sənan xaliqi-fəzilətdir, bəhri-hikmətdir, əfəndi babadır, çoban şeyxdir, sanki övliyadır, mürşidi-binəzirdir, şəmsi aləmtabdır, Kəbeyi-imandır, nuri-irfandır, rəhnumayi-irfandır, mənbeyi-nurdur, rəhbəri-viCdandır, qibleyi imandır, şöleyi-hikmətdir, əsiri məhəbbətdir, şeyxi-sahib kəramətdir və…
Arifdir.
Arif xaç da asar, çünki o, «iştə bir parçaCıq gümüşdür bu, bunu asmaqla bir yüzük taxmağ»ın eyni olduğunu bilir.
Arif zünnar da bağlayar, çünki xaçpərəst zünnarını bağlamaq təsəvvüfdə imanın sabitliyinə, dəyişməzliyinə və ardıCıllığına işarətdir.
Arif donuz da otarar, çünki, eşqiylə dərbədər olduğu Tanrıya qovuşmaq üçün bütün təsəvvüf məqamlarına dözər, dözməsə, Arif olmaz.
Arif – Sənan ürəfa məşrəbinCə («Ürəfa məşrəbinCə var miqyas») şərab da içir, donuz da otarır, amma «Quran»ı yandırmır, çünki Şeyx Sənan sözün ilahi mənşəyini bilir. Çünki SÖZSÜZ, yəni «QURAN»sız irfan olmur, İlahi mətnlər irfanı hasilə gətirən başlıCa qaynaqdır. «Quran» olmasa, Şeyx Sənan olmur. Şeyx Sənan:
Hökmi-Quranı tutmayan məğrur,
Onu atəşdə yaqmış ədd olunur,
yaxud:
Hökmi-Quran ilələbəd uCalır,
Yaqılan həp kağız, mürəkkəbdir, –
dediyi təqdirdə belə, hətta kağız və mürəkkəbi yandırmır.
***
«Şeyx Sənan» haqqında yazan əksər müəlliflər, bir qayda olaraq, yuxarıdakı mətnin zahiri görüntüsündən mənimsədikləri mənalara istinad edərək mürəkkəb və kağız maddiyyatının üzərində dayanıblar. AnCaq fərqinə varılmayıb ki, Cavid, hətta «Quran»ın yazıldığı mürəkkəbin və kağızın da yandırılmasını müsaidə etməyib. O sırada havanı bulud qaplayıb, şiddətli göy gurultusu başlayıb, bu gurultu pərdənin sonuna qədər ara-sıra müdhiş bir halda davam edib və «Quran» yandırılmayıb.
Bu mənada Cavid əfəndi Fəridəddin Əttarla oxşar yazı əxlaqından, ədəbi davranış tərzindən istifadə edirdi. Caviddə yuxarıda xatırlatdığımız kimi, pərdənin sonunaCan havanı qaplayan bulud, şiddətli göy gurultusu «Quran»ın yandırılmamasına mistik bir işarət idisə, Fəridəddin Əttarda da Muğlar MəClisində xristian qızı ilə Sənanın arasındakı dialoq bir qədər fərqli, amma yenə də mistik işarətlərlə davam edirdi. Piri-Muğanın (təsəvvüfdə aşiqə eşq şərabını içirən həqiqi və kamil mürşid – A.T) verdiyi köhnə şərabı içib məst olan Şeyx «Həm aşiq olmuş, həm də sərxoş olmuşdu. Bu üzdən tamamən özündən keçmişdi… Özünə gələ bilmədi, rüsva oldu və könlündə heç bir qorxu olmadan xristian oldu… O ixtiyar tamamən xarab və sərxoş oldu… Şeyx qıza dedi ki: Ey ayüzlü! Artıq səbrim qalmadı. Mənim bu könlümdən nə istəyirsən? Söylə. Özümdə olduğum zaman bütə tapınmasam da, indi məst ikən bütün önündə Mushafı yandırım». Qız dedi ki: «Artıq mənə layiq bir ər oldun, bundan sonra rahat uyu ki, sən tam mənə görə birisən. Bundan önCə sevdanda kamilləşməmişdin. Artıq kamilləşdin. Xoş ol, vəssalam» (F.Əttar)
***
İbnül-Arabinin dediyi kimi, arif olan bir adam həqiqətən arif isə bir əqidəyə bağlanıb da qalmaz, Cümləsindən Haqqın iqrarını görür. Şeyx Sənan kimi…Çünki «təsəvvüf gündə yüz min surətə girmək, görünməkdir».
***
Fəridəddin Əttarda Şeyx Sənana olan iradəti üzündən hər şeyindən əl çəkmiş dirayətli (elmli, bilikli) müridin obrazını Hüseyn Cavid «Şeyx Sənan» faCiəsində Şeyx Hadinin timsalında yenidən yaratmışdı…
Fəridəddin Əttarda həmin alim müridlə başqa müridlər arasındakı mükalimə Hüseyn Caviddə Şeyx Hadi ilə di\gər müridlər arasında eynilə keçir:
«Müridlər dedilər ki:
Xristian qızı onu saçının bir teliylə bağladı… Şeyx indi o qızın zülfü ilə… eşq oyunu oynamaqda. Xirqəsini yandırdı… Allaha ibadət etməkdən tamamən əl çəkdi. İndi donuz çobanlığı edir… Belinə dörd parça zünnar bağlamış… Əski bir xristiandan fərqi yox».
F.Əttar.
Şeyx Mərvan
Şeyximiz satdı dini, imanı.
Şeyximiz atdı hökmi-Quranı.
Hökmi-Quranı atdı bir qız için,
Həm şərab içdi, həm xaç asdı, bilin!
O qadından qaçan böyük Sənan,
Domuz otlatmaq üzrə oldu çoban.
H.Cavid
Şeyxə iradət bağlamış mürid Sənanı tərk edən digər müridlərə «dedi ki: «Madəm sizlər gerçəkdən Şeyxinizin dostuydunuz, nədən ona yardım etmədiniz?
Utanın, dostluq bumudur? Vəfakarlıq bumudur?
Şeyx belinə bağlamaq üçün zünnarı əlinə aldığı zaman sizlər də zünnarı əlinizə alsaydınız…Birlikdə xristian olsaydınız.
Bu yapdığınız nə dostluğa, nə də vəfaya sığar. Bu, münafiqlikdən başqa bir şey deyildir».
F. Əttar.
Şeyx Hadi
Sizdə insaf yoq, həmiyyət yoq!
Mürşidi-binəzirə hörmət yoq.
Çünki yoq ruhunuzda ülviyyət…
…Şeyx Sənan, o şəmsi-aləmtab
Oldu kafir, xaç asdı, içdi şərab;
Hər nə yapdisə, şübhəsiz, siz də,
Siz də həp yapmalıydınız, siz də.
Siz də həp olmalıydınız tərsa…
…Halbuki küfrü Şeyx Sənanın,
O fəzilətli piri-irfanın
Sizin imanınızdan uladır.
Haq bilir, həm də bin qat əladır.
H. Cavid.
Fəridəddin Əttarın Şeyx Sənan hekayətində «Qırx gündən sonra o təmiz mürid xəlvətdə ikən kəndindən keçib Cəzbəyə gəldi.
Səhər vaxtı mişklər saçan bir yel əsdi. Aləmin həqiqəti könül gözünə aşikar oldu.
Mustafanı gördü. Ay kibi gəliyordu… Günəşə bənzəyən üzü Haqqın kölgəsiydi…
Sallana-sallana yürüməkdə və təbəssüm edib durmaqdaydı.
O mürid Rəsulullahı görünCə yerindən qalxdı və Peyğəmbərə dedi ki: «Ey Allahın rəsulu! Əlimdən tut. Allah yolunda xalqa yol göstərənsən. Şeyximiz yoldan çıxdı. Ona yol göstər.
Hz. Mustafa dedi: «Ey uCa himmətli dərviş! Get Şeyxinin yanına. Onu o bağlardan qurtardım… Əskidən bəri Haqq-Təala ilə Şeyxin arasında qara bir toz buludu vardı. Şeyxinin önündəki o toz buludunu çəkib aldım və kəndisini zülmət içində buraxmadım… Şəfaət üçün bir qətrə çığ danəsi saçdım, bu onun bütün ömrünə yayıldı…»
Cavidin «Şeyx Sənan» faCiəsində isə günəş yeni doğmağa başlarkən «Şeyx Hadi əbasını yüzünə çəkərək uzanır» və (Cavid bunun bir röya, yoxsa Cəzbə olduğunu yazmır) gözlərinə «atəşlər, alovlar içində… yarı məhzun, yarı məmnun» Şeyx Sənan və «göydən enər kibi gələn bir Mələk» görünür:
Şeyx Sənan
Yandım Allah!.. Nədir bu işgənCə?
Həm nə dəhşətli dadlı əylənCə!..
\Bəndə yoq iştika, fəqət, yarəbb!
Yoqmudur səndə mərhəmət?! Ya Rəbb!..
Bir Mələk
Heç məraq etmə, möhtərəm Sənan!
Səni əsla unutmamış Yaratan.
\Sana xaliq olub yeganə pənah,
Həm şəfaətçidir Rəsullullah…
***
Təsəvvüfdə Allaha qovuşmağın yeddi mərhələsi Fəridəddin Əttarın Şeyx Sənan hekayətində olduğu kimi, Hüseyn Cavidin «Şeyx Sənan» faCiəsində də başdan-başa, əvvəldən sona qədər müşahidə olunur. Üstəlik bu, ayrı-ayrı bitkin səhnələrdə, hətta fraqmental səhnələrdə müşahidə olunur.
…Yusif və Züleyxa vaqeəsinə istinad edən Əttarın həmvətəni Nişapurlu Kuşeyri yazırdı:
«Təlvin hal sahibinin, təmkin isə həqiqət əhlinin sifətidir. Bəndə haqq yolunda olduqCa təlvin içindədir. Çünki o bir halda qalmayıb, bir haldan digərinə adlayır. Və bir sifətdən digərinə keçir. Bir evdən çıxıb bir bağçaya qonur…
…Təlvin sahibi sürəkli bir gedişlə vüsala Can atır. Təmkin sahibi isə vüsala çatır və sonra qovuşur… Şeyx Əbu Əli əl Dəkkak deyirdi ki, həzrəti Musa təlvin sahibi idi. Bu səbəblə Allahın kəlamını dinləməkdən döndü və halı özünə təsir etdiyi üçün üzünü örtməyin vaCibliyini duydu. Peyğəmbərimiz isə təmkin sahibi idi. Bu səbəbdən meraCa getdiyi kimi döndü. Çünki meraC geCəsində gördüyü ona təsir etmədi…
Yusifin gözəlliyini görən qadınlar əllərini kəsdilər. Buna səbəb isə Yusifi qəfil görməkdən keçirdikləri haldır, düşdükləri vəziyyətdir. Halbuki, Misir əzizinin qadını Züleyxa Yusifə vurğunluqda hamısından tam olduğu halda, o görüşdə teli belə tərpənmədi. Çünki Yusiflə bağlı mövqeyində o, təmkin sahibi idi… Təmkinin şiddətli olması da mümkün deyildir. Doğrusu budur ki, bəndə yüksəldikCə təlvin sahibidir… Bəndə bəşəri sifətlərini arxada buraxarsa, münəzzeh olan Tanrı, həmin bəndəsini təmkin sahibi edər».
…Osmanlı ariflərindən Şeyx İbrahim əfəndinin (17-Ci əsr) təsəvvüflə bağlı bir şeri var. Həmin mənzuməni ilk dəfə Cavidin müəllimi Rza Tofiq «Muhibban» dərgisində dərC etdirmişdi. Bir halda ki, Rza Tofiq «Təsəvvüf haqqında»kı yazısında «Təsəvvüf nəyə deyərlər?» sualına həmin şeri şərh etməklə Cavab verib, bu zaman, təbii ki, irfan elminin hikmətlərini öyrədərkən İbrahim əfəndinin şerini tələbələrinə də bildirməmiş olmazdı.
Heç şübhəsiz, Cavidi irfan biliCisinə çevirən amillərin sırasında vəCdi, ilhamı və vergili hissiyyatı ilə bahəm, İstanbulda öyrəndiklərinin, o Cümlədən, İstanbulda Rza Tofiqdən eşitdiyi həmin şerin də müəyyən bir yeri var. Şeyx İbrahim əfəndi mənzuməsində təsəvvüfü belə şərh edir:
Bidayətdə təsəvvüf, sufi bi-Can olmağa derlər;
Nəhayətdə könül taxtında sultan olmağa derlər.
Təriqətdə ibarətdir təsəvvüf məhvi surətdən,
Həqiqətdə sərayi-sirdə mehman olmağa derlər…
…Təsəvvüf Canı Cananə verib azadə olmaqdır,
Təsəvvüf Can-ı Canan, Can Canan olmağa derlər.
Təsəvvüf səndə olmaqdır, həqiqət Haq, ey İbrahim!..
Təsəvvüf şər-i Əhməd dildə bürhan olmağa derlər.
BƏNZƏR ŞEYXLƏR
«Feyzi Cihanda hər kəs için bir olan» islamiyyəti yaymaq naminə Turana əzm edən Şeyx Sənanın ruhani fəlsəfəsi, az qala, Əhməd Yəsəvinin, Mövlana Cəlaləddin Ruminin irfani hikmətləriylə eynidir.
Osman Turan yazır: «SəlCuq Türkiyəsində yetişən mütəsəvvüflər arasında Mövlana Cəlaləddin Rumi dürlü din və məzhəb mənsublarını Allah, xeyir və insanlıq fikirləri uğrunda birləşdirən yüksək şəxsiyyəti ilə islamiyyətin yayılmasına hizmət edirdi… Xristian rahibləri ilə dostanə münasibətlərdə bulunur, kilsə və monastrlarını ziyarət edirdi. O, yüksək fikirlərini hər yerdə yayır; hətta xristianların meyxanələrinə qədər gedərək dinlərin və insanlığın qayəsini, islamiyyətin ruhunu anladır, İlahi vəCdini səma ilə ifadə edərək onları Cəzb edirdi. Dürlü din və məzhəb mənsubları dinlərin və peyğəmbərlərin həqiqətini onun sayəsində öyrəndiklərini söyləyir. Mövlananın Cənazə törəninə öz müqəddəs kitabları ilə qatılırdılar… O, bu yüksək şəxsiyyəti, geniş din və insanlıq anlayışı ilə islamiyyətin yayılışına hizmət edirdi. Bir səma ayini əsnasında yüzə qədər rumun, bir erməni kilsəsində yapdığı səmadan sonra bir çox xristianın müsəlman olduğu rəvayət edilir… Mövlananın təsiri ilə islamiyyəti qəbul edən Rum, erməni və yəhudilərin 18.000 nəfərə çatdığı qeyd olunmuşdur…»
Türk təsəvvüf düşünCəsinin yaradıCılarından biri Əhməd Yəsəvinin də belə davrandığını Fuad Köprülü qeyd edirdi: «Qəlbi bütün məxluqat üçün dərin bir məhəbbətlə dolu idi: xristianların, atəşpərəstlərin evlərinə gedərək onlara islamiyyətin böyüklüyünü anladırdı».
Haqqı bildirmək, insanları Tanrıya irşad etmək üçün xristian və atəşpərəstlərin evlərinə gedən Yəsəvi, yaxud, xristian meyxanəsinə gedən Mövlana ilə Sənan eyni düşünCəni paylaşmaqdadır:
Yalınız şeyxlər deyil, hətta
Şimdi baq, izliyor papaslar da.
Bana olmuş Cihan pərəstişkar,
Şimdi pək başqa Cəlalım var.
Sanma islamə rəhbərim tənha,
Peyrəvimdir xristiyanlar da.
«Şeyx Sənan»ın son hədəfini Xumar ifadə edib:
Pək müqəddəsdir iştə bənCə sənin
Hər şeyin, həp təriqətin, dinin.
Fəridəddin Əttarın da tərsa qızı eynilə Cavidin Xumarı kimi düşünürdü:
«O xristiyan qız röyasında kəndisinin yanına günəşin düşdüyünü gördü.
Sonra günəş dilə gəldi və kəndisinə: «Şimdi sən də Şeyxin…dinini qəbul edib yolunda torpaq ol. Ey onu kirlətən! Onun təmizliyi ol! O səmimi bir şəkildə getdiyin yola girmişdi, sən də haqqıyla onun yoluna gir. Sən onu yoldan çıxarmışdın. Şimdi sən onun yoluna gir. O yoluna girdi, sən də o yola gir…»
Xristiyan qız uyqudan oyanınCa könlü günəş kibi nurlanmışdı… Sərxoş Canına bir atəşdir düşdü, əlini könlünün üstünə qoydu. Könlü əlindən düşdü… Göz yaşları yağmur kibi yağıyordu… Fəryad etdi… İnləyib deyirdi ki:
«Ey işləri yoluna qoyan Allahım! Qəhr dənizini Coşdurma, yatışdır, bilmiyordum, xəta etdim. Sən xətamı ört. Yapdıqlarımdan dolayı bana əzab etmə. Dinini qəbul etdim, sən əlimdən tut…»
TÜRK ŞEYX SƏNAN
Orta əsrlər ərəb mühitində, az qala, neCə deyərlər, mənəvi bir Türküstan mövCud olmuşdu, mənbələrdə adlarıyla rastlaşdığımız Afşin, Aşnas, İnak, Vasif, Boğa əl-Kəbir, Salih.b. Vasif, Musa b. Boğa, Fəzl Qərini oğlu, FərəC ət-türki, BilkəCur, Xaləf, Toğanoğlu Əhməd, Əbu Sabit ət-türki, Yazman, Buğa, Kaynoğlu Əhməd, Ömər Fərqanəli, Burduoğlu Rüstəm, Munis… həmin mənəvi Türküstanın təmsilçiləriydi…
Ziya Gökalp «Malta konferansları» kitabında yazırdı ki, ərəb xilafəti tarixində türklük amilinin möhtəşəm həyəCanlarını Xəlifə Mötəsim doğurmuşdur… «GənCliyini Türküstandakı dayılarının yanında keçirərək türklərin üstün məziyyətlərini yaxından tanıyan Mötəsim xəlifə olunCa (833-842) ərəb əsgərini bütünlüklə yanından (Bağdaddan) çıxardı. ƏCəmlərə də etimad etmədi. Dayıları soyundan olan türklərə üstünlük verdi. İran və İraqda nə qədər əsir türk varsa, hamısını topladı. Fərqanə vadisindən bir çox türk əsir və əsirələri Cəlb etdi. Bunları məskunlaşdırmaq üçün Bağdadın şimalında Samara şəhərini (Türküstandakı biçimdə) təsis etdi. Məhəllələrin hər birinə … Samaradakı türklərin ölkələrinin və boylarının adını verərək, Türküstanın modeli olaraq qurdu. Bunları bir-biriylə evləndirdi… Övladları da yalnız türk alaCaq, başqa millətdən evlənməyəCəkdilər.
…Burada beləCə, bir Türk Ordusu təşəkkül edir. Xəlifə Mötəsim, gənCliyini Türküstanda dayıları yanında keçirirkən türklərin misilsiz miniCilik, silahşorluq və hərb oyunlarını mükəmməl öyrənmişdi. Bu təhsildən sonra xəlifəliyində də vaxtının daha çox qismini türklüyə həsr etmişdi. Bu əsasla da sırf türklərdən ibarət bir ordu qurur və İslam ümmətinin bir ordusu vüCuda gəlir. BeləCə, xəlifəsi ərəbdən olan islam dövlətində siyasi qüvvət bu gündən etibarən türklərin əlinə keçir. Ona görə də ərəblər, ərəb qövmiyyətçiliyinə dəyər vermədiyinə görə Mötəsimi sevməzlər. SəlCuqlulardakı və Misirdəki köləmən oCağı və osmanlıdakı yeniçəriliyin mənşəyi Abbasi xəlifəsi Mötəsimin 834-835-Ci illərdə Samara şəhərində türklərdən ibarət qurduğu bu ordudur».
Cavidin Şeyx Sənanına bu məsələnin, mənCə, xüsusilə dəxli var. Qədim və digər yəmənli Şeyxsəna(n)lardan fərqli olaraq Cavidin Şeyx Sənanı türkdür.
Ərəbistanda, Mədinədə islamiyyətin ilk çağlarında bir türkün hansı mənəvi, iCtimai və siyasi hüdudlar müstəvisində şeyxləşməsi, irfan yolağasına çevrilməsi yuxarıda xatırlatdığımız tarixi məqamlarla heç də az bağlı deyil.
***
Şeyx Sənan turanlıdır.
Səni annən doğurdu Turanda,
Yaşadın bir zaman da İranda.
Kəsbi-irfan için, fəzilət için
Sonra İranı tərk edib gəldin,
Ərəbistanı ixtiyar etdin.
Gənс ikən kəsbi-iştihar etdin.
Lakin ən son yerin, zəki Sənan!
Olaсaq son nəfəsdə GürCüstan…
Qapılıb hissə olmasan gümrah,
Olaсaq məqbərin ziyarətgah.
Bunu Şeyx Kəbir deyirdi. Turanda doğulub, sonra bir müddət İranda yaşayan Şeyx Sənan gəlib Ərəbistanda irfan və fəzilət sahibi olmuş, indi də yenidən Turana əzm edir və sonra yenə İrana gedəCək və irşad yayaCaqdır.
Şeyx Sənan kainatın xaliqinin, «Quran» və Kəbənin birliyini «nəşrü isbat üçün» Turana yola düşür. Sənanın əzm eylədiyi Turan isə:
İştə Qafqas!.. Səfalı bir məva!
…Nə qədər şairanə bir xilqət!
Yerə enmişdir adətən Cənnət.
Qafqazda, indiki Tiflis Civarında Şeyx Sənanın ilk rastına çıxan Oğuz və Özdəmir özlərini «soyumuz türk, dinimiz islam…» – deyə təqdim edir.
Şeyx Sənan
Bu Civarda çoqmu, azmısınız?
Özdəmir
Doquz-on köy kadar varız yalınız.
Tiflis Civarında Qafqazın yerli sakini kimi Oğuzu təqdim etməklə Cavid bir çox mənalarda müasir AzərbayCan tarixşünaslığını da qabaqlayır.
«Şeyx Sənan» Cəmiyyətə, insan mənəviyyatına təsəvvüf müstəvisindən yanaşan və irfan sirləri ilə zəngin olan bir əsərdir, amma həm də təkCə bu deyil, «Şeyx Sənan» faCiəsində də Hüseyn Cavid Turanın, türk insanın və türk Cəmiyyətinin problemləri ilə məşğuldur.
***
Şeyx Sənanın milli mənsubiyyəti Cavidşünaslıqda ən əvvəl, Hənəfi Zeynallının diqqətini Cəlb etmişdi. 1926-Cı ildə yazdığı «Şeyx Sənan» haqqında mülahizələrim» məqaləsində Şeyx Sənan obrazıyla Cavidin bioqrafiyası arasında paralellər apararaq Zeynallı belə oricinal nətiCələrə gəlirdi: «Gərək Naxçıvanda, gərək isə İstanbulda bulunurkən Hüseyn Cavid mənzum şeir yazmaqdan vaz keçməyir və bir il İstambul Darülfünunun kitabxanalarında çalışdıqdan sonra Tiflisə dönür. Burada Şeyx Kəbirin dili ilə Şeyx Sənanın tərCümeyi-halını anlatmaq istəyən Cavidin səbki bir az şekspirCəsinə olur. O da guya özünün gəzmiş olduğu yerləri bəzi təğyir ilə Sənana istinad edir».
Hənəfi Zeynallı həmin məqaləsində «Cavidin millətçiliyndən «Şeyx Sənan»da açıq surətdə yalnız Sənanı əslən turanlı etməkdir. Yəni Sənanı farslıqdan çıxarıb türk qılıqlı, türk qafalı etmək, onu türkləşdirməkdir…» – deyə yazır…
QAFQAZ MƏSƏLƏSİ.
ŞEYX ŞAMİLDƏN ŞEYX SƏNANA>
Əсəba!.. Həzrəti-Rəsulüllah,
Cümlə əshab – Əli, Ömər həmrah,
Daima hərbgahə qoşmuşlar,
Həqqi təbliğ için vuruşmuşlar.
H. Cavid
Şeyx Sənan Cavid yaradıCılığında-dramaturgiyasında əvvəlinCi şeyx deyil, «Şeyx Sənan»dan bir az əvvəl yazdığı «Maral» faCiəsində Çingiz bəy: «… (Şeyx Şamilin divarda asılmış rəsminə yaxlaşaraq kəskin bir ahənglə). İştə həm fazil, həm Cəngavər bir dağıstanlı! İştə Şeyx Şamil!.. Baqınız, yalnız bu heykəli-Cəladət, bu qoCa qəhrəman, ilələbəd dağıstanlı adını yaşatmaq için kafidir! Ah nədənsə bilməm, daima bu böyük simaya qarşı qəlbimdə dərin bir hörmət, böyük bir məhəbbət hiss ediyorum. Bu parlaq nasiyədə, bu düşünCəli gözlərdə öylə mənalı əzəmət, öylə əzəmətli bir məhabət var ki, yalnız dostları deyil, düşmanları belə bir baqışda heyran olub qalırlar»,- demişdi.
Hüseyn Cavid 1912-Ci ildə «Maral» qəhrəmanı Çingiz bəyin dilindən Şeyx Şamil barədə düşündüklərini, yəni öz fərdi qənaətlərini etiraf etmişdi. Amma bütün bunlar sadəCə etiraf deyildi.
…Qafqazın milli azadlıq müCadiləsinə həsr etdiyi «Kuhi-Qaf və Simurğ» məqaləsində Əli bəy Hüseynzadə yazırdı: «Qafqazya Asiya ilə Avropa arasında əzim bir bərzəx, Cəsim bir körpüdür. Qədimdən bütün Cahanın qapısı bu körpü üzərində idi, o qapının adı ərəblərCə babül-əbvab, yəni «qapılar qapısı» idi ki, bugünkü Dərbənddən ibarətdir… Şan, namus və tar, heysiyyət, istiqamət, şüCaət, həmiyyət, qeyrət, rüfət, nəCabət kimi sifətlərin Cümləsi hürriyyətdən, azadlıqdan törər… BənCə, Qafqaz türkləri ətrakın ən hürriyyət-pərəstidir. Köçəbəliyi ona qəbahət bulunyordular. Ah!
– O köçəbəlik!.. O köçəbəlik mədəniyyətə kiçik bir maneəsə də, lakin hürriyyət şövqinin… böyük bir əlamətidir.
Bu məmləkətdə heç bir qüvvət hürriyyət şövqünü məhv edə bilməz! Heç bir Cəbr və təzyiq hürriyyət odunu söndürməz».
Çingiz bəyin dilindən Hüseyn Cavid də belə düşündüyünü ifadə etmişdi.
Əli bəy Hüseynzadənin çəkdiyi «Şeyx Şamilin portreti»ndə, qələmə aldığı «Kuhi-Qaf və Simurq» məqaləsində hürriyyət eşqi, ruh gözəlliyi baxımından örnək göstərdiyi Qafqaz, «Maral»da Hüseyn Cavidin Çingizə Şeyx Şamilin portreti önündə söylətdikləri və bir azdan Şeyx Sənanın deyəсəkləri arasında bir ruh, düşünCə məhrəmliyi və oxşarlığı aramağa haqq verir:
İstə Qafqaz!.. Səfalı bir məva!
Allah-Allah, nədir bu abü-həva?!
…Hələ Kür nəhri başqa bir aləm!
Geсə mehtabə qarşı pək həmdəm,
Gah olur bir dərin sükuta varır,
Gah çağlar da bir fəğan qoparır.
Bura «ətrakın ən hürriyyətpərəsti» olan türklərin, mehtabə – ayın aydınlığına! – qarşı pək həmdəm, gah dərin bir sükuta varan, gah da çağlar bir fəğan qoparan Kür nəhrinin – Kür taleli türklərin Vətənidir.
Bura 25 illik azadlıq mübarizəsi ilə dünyanın ən nəhəng imperatorluğunu haldan salan Şeyx Şamilin vətənidir.
Amma irfan sistemi Kamil insan doğurursa və irfan sisteminin, təsəvvüfə aşinalığın başqa bir məramı da yoxdursa, Qafqazdakı kamil insanın maddi süqutundan sonra, yəni Şeyx Şamildən sonra maraqlıdır ki, Hüseyn Cavid bura digər bir Şeyxi – Sənanı gətirirdi. Başqa sözlə, Qafqazdan Ərəbistana gedən Şeyxi Ərəbistandan Qafqaza qayıdan Şeyx əvəz edirdi.
Şeyx Sənan Qafqazda süquta uğramış azadlıq duyğusunun, yəni başqa bir irfan eşqinin Cavid zəkasında görsənişi, yenidən təzahürü kimi də izah oluna bilər – «Tükəndi taqətü-səbrim, ədalət, ah, ədalət», – deyə fəryad qoparan mətn 1914-Cü ildə, məhz AzərbayCanda, bir az geniş anlamda isə Qafqazda yazılmışdır:
Nəyi görmək dilərsiniz, bilməm,
Yanıyor zülm içində həp aləm.
Görməməkçin bu çirkin işləri siz,
Yalvarıb haqqa həmdü şükr ediniz.
Cəmiyyət «Şeyx Sənan»ın yazıldığı illərdə çar müstəmləkəçiliyinə qarşı həm də Qafqaz birliyi ideyası ilə yüklü idi. Qafqazın milliyyətpərvər siyasi xadimləri «Şeyx Sənan»ın qələmə alındığı illərdə Qafqaz birliyi ideyasını meydana qoymuşdular. Xüsusən, tarixdə Akçura-Hüseynzadə komitəsi kimi tanınan Turan Heyəti və marşal Fuad Paşanın rəhbərlik etdiyi Qafqaz Komitəsi bu istiqamətdə böyük ideoloci fədakarlıqlar göstərirdi; Çar müstəmləkəçiliyinə qarşı Qafqaz konfederasiyası və Qafqazın azadlığı ideyasını dünyanın siyasi gündəminə çıxarırdı.
***
…«Şeyx Sənan» Hüseyn Cavidin universal irfan bilgilərinin toplusudur və bu faCiə ortaya həm də belə bir sual çıxarır: Cavid nə üçün «Şeyx Sənan»ı yazmışdı? Dünya Cahan hərbinin dəhşətləri içərisində vurnuxduğu, mədəniyyətdə müasirləşmənin təzə-təzə vüsət aldığı bir ərəfədə – XX yüzilin əvvəllərində H.Cavid təsəvvüf sisteminin dramaturgiyaya tətbiqini nə üçün zəruri hesab etmişdi? Cavab birdir: Dünya nizamının dağınıq olduğu bir əyyamda, türk milli varlığının ölüm ya qalım dilemması qarşısında imtahana çəkildiyi bir tarixi şəraitdə H.Cavid dövlət qurmağı, güClü insan yetişdirməyi baCaran təsəvvüf zehniyyətini təkkədən teatra gətirməyi lazım bilmişdi, H.Cavid Bəktaşi Vəlinin, Əhməd Yəsəvinin orta əsrlərdə etdiklərini XX yüzilin başlanğıCında AzərbayCan mühitində edirdi.
DİN BİR OLSAYDI…
Din bir olsaydı yer yüzündə əgər,
Daha məsud olurdu сinsi-bəşər.
Cavidin gəldiyi bu qənaət təsəvvüfdəki vəhdəti-ədyandır. «Bütün dinlərin eyni qaynaqdan gəldiyi və eyni məqsədə yönəldiyi, fərqin yalnız şəkildə və zahirdə olması barədə təsəvvüf inanCıdır» (S.Uludağ).
Muhibbinin – Osmanlı Sultanı Süleyman Qanuninin dediyi kimi:
Cümlənin məqsudi bir, amma rəvayət müxtəlif…
Azər Turan
Filologiya üzrə fəlsəfə doktoru