Ana səhifə BAŞ YAZI “Hazardan Akdeniz’e” – Türk və Azərbaycan qadın yazarlarının ortaq antologiyası

“Hazardan Akdeniz’e” – Türk və Azərbaycan qadın yazarlarının ortaq antologiyası

Müəllif: Bizim Yazı
204 baxış

Türkiyədə “Hazardan Akdeniz’e” – Türk və Azərbaycan qadın yazarlarının ortaq antologiyası işıq üzü gördü.

Bizimyazı.az xəbər verir ki, Türkiyədə yeni işıq üzü görən “Hazardan Akdeniz’e” adlı antologiya Türk və Azərbaycan qadın yazarlarını bir araya gətirərək iki qardaş ölkənin ədəbi əlaqələrində yeni səhifə açıb. Nəşrdə hər iki ölkədən tanınmış qadın müəlliflərin qələmə aldıqları hekayələr və şeirlər toplanıb.

Antologiyanın redaktorları Aysel Nəsirzadə (Azərbaycan) və Ayşe Ay (Türkiyə) bildiriblər ki, layihənin əsas məqsədi qadın yazarların səsini daha geniş auditoriyaya çatdırmaq və ədəbiyyat vasitəsilə mədəni körpüləri möhkəmləndirməkdir.

“Hazardan Akdeniz’e” qadın sözünün gücünü, yaradıcı enerjisini və iki xalqın ortaq mədəni dəyərlərini birləşdirən mühüm nəşr kimi dəyərləndirilir. Antologiya həm ədəbi mühitdə, həm də oxucular arasında böyük maraqla qarşılanıb.

Qeyd edək ki, “Hazardan Akdeniz’e” layihəsi Azərbaycanda fəaliyyət göstərən “Zərif Kölgələr” ədəbi saytı ilə Türkiyədə yayımlanan və Türk dünyasının səsinə çevrilməyi hədəfləyən “Güftə Edebiyat” dərgisinin birgə əməkdaşlığı nəticəsində həyata keçirilib.

 

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.