Şair Rövşən NƏSİBOĞLUnun yeni – sayca ikinci kitabı işıq üzü görüb. Borçalıda yaşayıb-yaradan şairin 2001-ci ildə işq üzü görən kitabı “Haqqa sarı” adlanırdı və bu yeni kitab da, müəyyən qədər həmin kitabın davamı sayılır.
“Bilik“də nəfis tərtibatla işıq üzü görmüş kitabın redaktoru Qeysər Əliyeva, rəssamı Ömər Qoçulu, rəyçisi İbrahim İlyaslıdır.
“Haqqın harayı” kitabı “qoşmalar”, “gözəlləmələr”, “gəraylılar”, “ithaflar”, “dostların töhfəsi”, “qəzəllər”, “nəsihətlər”, “satirik şeirlər”, “təmsillər”, “dörlüklər”, “şeir çələngi” adlanmaqla 11 bölmədən oluşub.
Kitaba Xalq şairi Zəlimxan Yaqub “Sazdan doğulan söz” adlı önsöz yazıb.