Əkbər Qoşalının 50 illiyinə
M.Ə.Sabir təsadüfən “Hər şeyin ibtidası tərbiyədir” – demirdi. Hər şey tərbiyədən başlayır…
Əkbər Qoşalı imzasının da daxilində hər şeydən əvvəl məhz tərbiyə dayanır.
Əkbər Qoşalı şeirləri, hekayələri, eləcə də siyasi, ictimai mövzulu yazıları ilə mətbuatda çıxış edir.
Filoloq olduğum üçün Əkbər müəllimin fəaliyyətində mənim ən çox diqqətimi çəkən onun şeirləri və hekayələri ilə yanaşı, Azərbaycan dilinin saflığı uğrunda apardığı mübarizədir.
Bu mənada onun “Altun bitik” kitabını oxumağı hər birinizə tövsiyə edirəm.
Əkbər müəllim ixtisasca türkoloq olmasa da, bu sahə üçün əksər türkoloqlardan çox iş görüb.
Türk ölkə və topluluqları arasında ədəbi körpü yaratmaq üçün gördüyü işlər danılmazdır.
Əkbər müəllim doğulduğu kəndin adını özünə təxəllüs seçib.
Məncə, Əkbər müəllim həm də özündə tərbiyə ilə intellekti bir arada uğurla cəmləşdirdiyi üçün Qoşalıdır.
Əkbər Qoşalı ilə 2011-ci ildə Atatürk Mərkəzində tanış olmuşam.
O vaxt III kursda oxuyurdum.
Məni təsisçisi olduğu Dünya Gənc türk Yazarlar Birliyinin fəaliyyətinə cəlb etdi.
Beləcə dostluğumuz başladı.
Daha sonralar təhsil və sosial işlərlə əlaqədar təşkilatın fəaliyyətində əvvəlki kimi iştirak etməsəm də, münasibətimiz davam etdi və etməkdədir.
Əziz dostum, bu kiçik yazı vasitəsilə Sizi 50 illik yubileyiniz münasibətilə təbrik edirəm.
Sağlamlıq, gözəllik və bolluca uğurlar arzu edirəm.
Hörmətlə,
Yeqzar Cəfərli