Ana səhifə YENİLİKLƏR Hədəf Liseyi 10 şəhid övladına ödənişsiz təhsil verəcək

Hədəf Liseyi 10 şəhid övladına ödənişsiz təhsil verəcək

Müəllif: Bizim Yazı
1. 070 baxış

 

“YAŞAT” Fondu tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olmuş şəxslərin övladlarının yüksək səviyyəli təhsil imkanlarından yararlanmasına dəstək veriləcək.

… xəbər verir ki, dəstək proqramı çərçivəsində əməkdaşlıq yaradılmış özəl məktəblərdə şəhid övladlarına ödənişsiz təhsil imkanı yaradılacaq. Müraciət edənlər arasında seçim müvafiq məktəb tərəfindən təşkil edilən imtahan əsasında aparılacaq.

“YAŞAT” Fondu ilə əməkdaşlıq çərçivəsində Hədəf Liseyində 10 şəhid övladı üçün 100% nisbətində güzəşt tətbiq olunacaq.

Müraciətlər 8110 Çağrı Mərkəzi vasitəsilə bazar ertəsi-cümə günləri saat 09:00-dan 18:00-dək qəbul edilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı 10 nəfər əlilliyi müəyyən olunmuş hərbi qulluqçunun övladı üçün təhsil mərkəzi tərəfindən 50% güzəşt tətbiq ediləcək. Vəsaitin qalan hissəsi isə şəxsin özü tərəfindən qarşılanacaq.

Son müraciət tarixi: 16.04.2021.

Qəbul imtahanı aprelin 18-də keçiriləcək.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.