Ana səhifə İCTİMAİ Güləmail Muradın “Könül pıçıltıları”

Güləmail Muradın “Könül pıçıltıları”

Müəllif: Bizim Yazı
282 baxış

Azərbaycanda Atatürk Mərkəzində Yazıçılar Birliyinin tanınmış üzvü, şair-publisist Güləmail Muradın 75 illik yubileyinə və onun yeni gün üzü görmüş “Könül pıçıltıları” adlı kitabının tanıtımına həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.

Bizimyazı.az xəbər verir ki, tədbiri giriş sözü ilə Mərkəzin müdiri, akademik Nizami Cəfərov açaraq, Güləmail Muradın poetik düşüncə tərzi və sözə münasibəti barədə fikirlərini bölüşüb.

Tanıtımda AYB-nin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi, tənqidçi Əsəd Cahangir, Atatürk Mərkəzinin direktor müavini Osman Ənvəroğlu, AMEA-nın əməkdaşı, professor Salidə Şərifova, ADPU-nun müəllimi, fəlsəfə doktoru Yeganə Qəhrəmanova, şair Elnur Uğur, şair-publisist Püstə Hüseynova çıxış edərək, müəllifin yaradıcılığı, “Könül pıçıltıları” kitabının poetik-estetik dəyəri, eləcə də şairin ədəbi mühitdəki mövqeyi haqqında dəyərli fikirlər səsləndirib, yubilyara xoş diləklərini çatdırıblar.

Çıxışlarda Güləmail Murad yaradıcılığının səmimiliyi, qadın duyarlılığı, vətəncanlılığı xüsusi vurğulanıb, onun yaradıcılığının oxucu ilə mənəvi bağ qurmaq gücünə malik olduğu deyilib.

Tədbirin sonunda Güləmail Murad Atatürk Mərkəzinin rəhbərliyinə, çıxış edən aydınlara və yubiley tədbirində iştirak edən hər kəsə təşəkkürünü bildirib, oxucuların və ədəbi mühitin diqqətini hər zaman böyük dəyər kimi qəbul etdiyini ifadə edib.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.