Ana səhifə İCTİMAİ Görkəmli şair Musa Ələkbərlinin yubileyi keçiriləcək

Görkəmli şair Musa Ələkbərlinin yubileyi keçiriləcək

Müəllif: Bizim Yazı
332 baxış

Görkəmli Azərbaycan şairi Musa Ələkbərlinin 75 illik yubiley mərasimi keçiriləcək. 15 oktyabr 2025-ci il tarixində Rəşid Behbudov adına Dövlət Mahnı teatrında baş tutacaq tədbirdə ölkə ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər. Rəngarəng proqram ilə təşkili nəzərdə tutulan tədbir haqqında məlumatlar qarşıdakı zamanlarda da geniş ictimaiyyətin diqqətinə çatdırılacaq.
Musa Ələkbərli 1950-ci ildə aprelin 25-də Gədəbəy rayonu, Ataxal kəndində anadan olub. Orta məktəbi Böyük Qaramurad kəndində bitirib. ADU-nin filologiya fakültəsini bitirib. Gənclik nəşriyyatında yeniyetmələr üçün ədəbiyyat redaksiyasının redaktoru vəzifəsində işləyib. Ədəbi fəaliyyətə orta məktəbdə oxuyarkən başlayıb. “Pərvanə ” ədəbi dərnəyinin rəhbəri olub. “Məndən şer istə”, “Ürəyimin işığında”, “Bəlkə bir də görüşdük”, “Gözlərim yol çəkir”, “Aydanım ay işığı”, “Gözümdə ağlayan bulud” və s. kitabların müəllifidir. Bir çox kitabların redaktoru, ön söz müəllifi olub. Hazırda ədəbi yaradıcılığını davam etdirir. “Şur” nəşriyyatının direktorudur.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.