Höküməyə…
Səmada
Dünyanın ən saf nöqtəsində
Duyğular titrəyəndə
Bulud sürüsü əbədiyyətə qaçışdıqca
Böyük quşun qanadları titrəməyə başladı
Nazik ipin üzərindəki həqiqət üzülməmiş
Süpürüldü keçmişin həzin yoxluğu
Gələcəyin mavi heçliyinə
Bəlkə də, haçansa
Bəlkə də, heç vaxt
Getməyəcək xatirələrdən səma qoxusu
O gün buludlardan ölümə meydan oxuyan mələyin sədaları yağdı
Bir də heç nə əvvəlki kimi olmayacaq
Hər şey yaxşı olacaq
Yeqzar Cəfərli