İntiqam YAŞAR
Sən darıxdığın qədər
Vaqif Səmədoğlunun xatirəsinə
Bir az daha ucaldın,
Yer üzündən Göy üzünə…
Kimlərin izinə düşmüşdün,
kim bilir kimlər düşəcək izinə.
Qəbrinə pıçıldayanlar olacaq,
şəklinlə dərdləşənlər…
Hələ xısın-xısın ağlayanlar – uzaqdan…
Sən özün də bilmədən
azad etmişdin özünü…
Bu darısqal aləmdə,
ayrıca bir bucaq bağışlamışdın özünə.
Mən inanmıram, səndən ötrü insanlar darıxa,
yüz desinlər – heç sən də inanma..!
İnsanlar uzağı qırx gün darıxa bilir,
o da darıxmaq demək əslində –
sözün, üzün başqa rəngidir, bəlkə…
Səninçün həmişəlik darıxacaq Xəzər,
sən darıxdıın qədər!..
Sən darıxdıın qədər..!