Azərbaycan Yazıçılar birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc şair Həsən Kür 2023-cü il üçün nəzərdə tutulmuş Prezident təqaüdünə layiq görülüb.
Həsən Kür 3 kitab müəllifidir. Onun “Boyat dərdin üstündə”( şeirlər 2018) , “Tikanlı məftillər” (roman 2019) və “Döyüş və Dönüş” (müharibə gündəliyi 2021) kitabları işıq üzü görüb.
Dövrü mətbuatla yanaşı xarici qəzet və jurnallarda onun şeirləri mütəmadi olaraq yayımlanır.
Qeyd edək ki, Həsən Kür həmçinin 44 günlük Vətən müharibəsinin iştirakçısıdır.