Ana səhifə İCTİMAİ Dünya Gənc Türk Yazarlar Birliyi ilə Gənclər Təşkilatları Milli Şurası arasında görüş keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyi ilə Gənclər Təşkilatları Milli Şurası arasında görüş keçirilib

Müəllif: Bizim Yazı
272 baxış

Dünya Gənc Türk Yazarlar Birliyi(DGTYB) və Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurası (NAYORA) arasında görüş təşkil olunub.
Görüşdə DGTYB-nin başqanı İntiqam Yaşar, Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Rəfael Hacıbəyli, DGTYB-nin başqan müavinləri Şahanə Müşfiq, Ayşən Rəhim, idarə heyətinin üzvləri Yeqzar Cəfərli, Yusif Nazim Ərəbsoy, Fuad Cəfərli, Nofəl Ümid, Şükür Əli, birliyin üzvləri Aygün Bayramlı, Aysel Kərim, Vasif Şükür, Gülnar Taclı, Elmir Həsən, Rizvan Fikrətoğlu, Səma Muganna və s. iştirak ediblər.
NAYORA ilə DGTYB-nin əlaqələrinin genişləndirilməsi, eləcə də gənclərin mədəniyyətə, ədəbiyyata, incəsənətə diqqətinin artırılmasına həsr olunan görüşdə bu istiqamətdə təkliflər səsləndirilib, yaxın gələcəkdə görülə biləcək işlər planlaşdırılıb.
Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Rəfael Hacıbəyli dövlətimizin gənclər siyasətindən danışaraq bu siyasətə gənclərin, xüsusən Gənclər Təşkilatları üzvlərinin də önəmli töhfələr verdiyini vurğulayıb. O bildirib ki, Şura əməkdaşlıq etdiyi Gənclər Təşkilatları ilə əlaqələrin sıxlaşdırılması, birgə layihələrin həyata keçirilməsi üçün hər cür lazımi dəstəyi göstərməyə hazırdır.
Görüşdə çıxış edən DGTYB-nin başqanı, şair İntiqam Yaşar indiki dövrdə gənclərin ədəbiyyatdan, incəsənətdən uzaq düşdüyünü ürək ağrısı ilə vurğulayıb və onların yenidən milli-mənəvi dəyərlərimizə sahib çıxmaları, ədəbiyyata və mədəniyyətə marağın artırılması üçün müxtəlif yaradıcıyönümlü təşkilatların birgə fəaliyyətlərinin vacibliyini vurğulayıb.
Həmçinin, şairlər Şahanə Müşfiq, Ayşən Rəhim, Fuad Cəfərli, Yusif Nazim Ərəbsoy, Aygün Bayramlı, Vasif Şükür və başqaları çıxış edərək sözügedən istiqamətlərdə ilkin addımların atılması üçün müxtəlif təkliflər səsləndiriblər.
Bütün təkliflər geniş şəkildə müzakirə olunub və bu cür görüşlərin davamlı keçirilməsi qərarlaşdırılıb.
Görüşün sonunda DGTYB-yə qəbul olunmuş yeni üzvlərə və idarə heyəti üzvlərinə vəsiqələr təqdim olunub, xatirə fotosu çəkilib.
MEHRİ

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.