DGTYB Məclis üzvü Gülnar Səmanın Latviyanın Riqa şəhərində monoqrafiyası çap olunub.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi olan Gülnar Səma (Gülnar Vaqif qızı Qasımlı) 2014-cü ildən Ədəbi tənqid şöbəsinin doktorantıdır. Onun Latviyada çap olunan bu kitabı filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya mövzusu olan müstəqillik dövrü Azərbaycan poemalarından bəhs edir.
Azərbaycan dilində yazılan “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında poema janrının inkişaf yolu və özəllikləri” dissertasiyası rus dilinə çevrilərək “Lambert Academic Publishing” nəşriyyatı tərəfindən yayımlanıb.