Ana səhifə YAZILAR Debüt: Nilufər Muğantürk. Şeirlər

Debüt: Nilufər Muğantürk. Şeirlər

Müəllif: Bizim Yazı
717 baxış

Biz odla barıtıq…

Yaman qısa çəkdi vüsal,
Yenə gəldi sərt Ayrılıq!
Indi də qalx, sən bizə gəl,
Bu kəz olsun pərt Ayrılıq!

Göy sevinir gəlməyimə,
Yollarıma su çiləyir..
Xəzri duyub Ayrılığı,
Bakıda üsyan eləyir..

Gah hicran, gah da intizar,
Çox çəkəcək yenə həsrət!
Biz odla  barıtıq, bizi,
Ayırmayan kəsə lənət!

Göylər söz veribdi

Gəl, payız ömrümə, sərin yel kimi,
Sən qorxma, ürəyim yarpaq tək əsməz!
Daha gileylənmə leysan yağışdan,
Göylər söz veribdi, yolunu kəsməz!

Yenə deməginən, “əllərin soyuq”,
Qəlbim ki, istidir, özün bilirsən!
Həsrətdən əriyib şama dönmüşəm,
Daha nə deyimeee özün görürsən!

Boşuna verirəm ömrümü yelə,
Bu payız da keçir, gələn deyilsən!
Mənim sənə sevgim heç dəyişməyib,
Sənsə dəyişmisən, o sən deyilsən!
Bundan sonra məni sevən deyilsən!

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.