/Göyçayda doğulub (1988). Bakı Asiya Universitetinin məzunudur. Hazırda “Səs” qəzetində çalışır/
Aglama, qurbanın olum
Nədir qussə, nədir qəmin
Dəryadamı batib gəmin?
Kədərdi, dərddi görkəmin,
Ağlama, qurbanın olum.
Yaman günün ömrü azdı,
Qışdan sonra gələn yazdi.
Gözəlinki işvə, nazdı,
Ağlama, qurbanın olum.
Unut ömrünün qışını,
Məğrur tut uca başını.
Gözlərinin sil yaşını,
Ağlama, qurbanın olum.
Xoşbəxt vur ömrünü başa,
Bəxtin qoy dəyməsin daşa.
Anar deyir qəmsiz yaşa,
Ağlama, qurbanın olum.
Anam qocalır
Hər payız gələndə qorxuram yaman,
Yarpaqlar düşdükcə anam qocalır.
Dən düşür saçına, ağarır başı,
Bu qoca dünyada yaman qocalır.
Hər payız gələndə dərdə düşürəm,
Dərdimi qələmlə mən bölüşürəm.
Anam qocaldıqca fkirləşirəm,
Fəsillər qocalır, zaman qocalır.
Bala üçün qəlbi sökülən ana,
Əyilməz qaməti bükülən ana.
Ömründən günləri tökülən ana-
Qocaldıqca ümid, güman qocalır.
Anadır hər kəlməm, sözüm, söhbətim,
Namusum, qeyrətim, şanım, şöhrətim.
Qocaldıqca anam-yeri cənnətim,
İçimdə bir taqət, aman qocalır.
Ağarmış saçları qulac-qulacdı,
Duası hər zaman nurlu yol açdı.
Hər ağrıya, dərdə ana əlacdı,
Anam qocaldıqca dəvam qocalır.
Qocalmasın Allah, analar barı,
Analar dünyanın şirin baharı.
Yaman dərdə salır şair Anarı,
Bu qoca dünyada anam qocalır.
Saf eşq
Vəfalı arayan azad bir quşam,
Vəfasız gözələ vurulmamışam.
Mənim məhəbbətim bir dəniz kimi,
Bu şair qəlbimin eşqdi hakimi.
Eşqimi dünyada ucuz tutmadım,
Hər zaman sevgimi mən unutmadım.
Nə qədər sevgi var, emək ki varam,
Məhəbbət var olsa, mən bəxtiyaram.
Şair qələmim də eşqdən yazıbdı,
Hər dəfə yazanada qəm azalıbdı.
Bu saf məhəbbətim dərdə qənimdi,
Nə qdər sevgi var, həyat mənimdi.
Segimlə öyündüm hər zaman, hər an,
Mənim saf eşqimə şahiddi zaman.
Kim ki təmiz saxlar məhəbətini,
O bir gün tapacaq səadətini.
İnsan fikirləşib, düşünə bir az,
Bilər ki məhəbət faydası olmaz.
Məhəbbət başların qızıl tacıdı,
Bir gün şirin olur, bir gün acıdı.
Anar, saf eşqini qoru hər zaman,
Ehtiyat eylə sən-var yaxşı, yaman.
Eşqsiz yaşamağı sən bilmə asan,
Saf eşqə möhtadı hər zaman insan.
Ay qara qız
Ay qara qız, qara qız,
Dərdlərimə çara qız.
Mən ki səni sevirəm,
Qəlbə vurma yara, qız.
Rəngin qara, qəlbin ağ,
Gəl, sinəmə çəkmə dağ.
Sən salamat, mənsə sağ,
Çəkmə məni dara, qız.
Üzü gülər, qəlbi şən,
Varmı könlünə düşən?
Qıvrılan telləri sən,
Əllərimlə dara, qız.
Yerişdə ədalısan,
Sevgidə vəfalısan.
Söylə sən haralısan,
De, gedirsən hara, qız?
Gözlərini süzüsən,
Ürəyimi üzürsən.
Tez-tez məndən küsürsən,
Rəhm elə bu yara, qız.
Demə dünya çətindi,
Anar eşqdə mətindi.
Ömrüm məhəbbətindi,
Dərdlərimə çara, qız.
5 şərh
sag ol////ugurlar
Şair sağ ol…qaqa….o günü olsun xalq şairi fəxr adı alasan
sene ugur olsun sen sevgi sairisen
sevgi seirlere cox xosuma geldi
Afərin ! Halal olsun şair gəncə !