Gümanə MƏMMƏDLİ
(Gümanə Rasim qızı Məmmədova) –
1991-ci ildə Şəkinin Kiş kəndində dünyaya göz açıb. 2012-ci ildə “Gümanım” adlı şeirlər kitabı işıq üzü görüb. Fiziki cəhətdən əngəlli olan Gümanə öz sağlam ruhu, yazılarında öz səmimiliyi və sadəliyi ilə seçilir. Gənc yazarın bir neçə qələm məhsulunu oxuculara təqdim edirik:
Səbr, ey xəstə!
Taleh səndən küsmürəm
Əlil də olsam belə
Allah verib bu dərdi
Ondan yaxşı kim bilər
Həzrət Məhəmmədi görsəm
Ömərlə kəlmə kəssəm
Əlinin yanında otursam
Mən razıyam bu dərdə
Xəstə bezmə dərdindən
Üsyan etmə Allaha
Dərdinə verib dəva
Sən görmürsən onu
Səni bəkləyən sonu…
Gözlə bizi, Qarabağ
Mənim torpağıma qanlar bulandı
Həsrətin sinəmi yandırdı-yaxdı
Susdular dərdimizə bizim Qarabağ
Dözməyir ürəyim, ey ana torpaq.
Düzülüb meyidlər yan-yana
Kəsilmiş başlar donmuş uşaqlar
Tarix unutmayacaq bunu heç zaman
Dərdlidir Qarabağım, dərdlidir yaman
Bir olan Allaha sığınırıq biz
Ədalət yerini tapacaq bir gün
Nə düşmən, nə də ki, həsrət
Ayıra bizi Qarabağdan.
Biz gələcəyik gözlə sən bizi
Qoymarıq səni düşmən əlində
Alacaq Azərbaycan Qarabağını
Siləcək ürəyindəki həsrət dağını
Ana və gül
Gül bağçamda güllər solar
Dünya mənə zindan olar
Ömrüm-günüm yetim qalar
Sən olmasan, gözəl anam
Səndən ayrı ürək ağlar
Kim dərdimə dərman tapar
Məni həsrət dərin yaxar
Sən olmasan, gözəl anam.
Yaşayan elm
Aydın Məmmədova
Bu çətin elm yolunda keçən
Ölmüylə elmi qəmə bürüyən
Şəkinin adını uca eyləyən
Aydın müəllimə rəhmət olsun
Alıb qələmi nələr yazarmış
Bizlərə ədəbi elm qalarmış
Aydın Məmmədov ölsədə belə
Yazıq qoyduqları yaşayacaq hələ
Bu ömür yolunda ömrü qısa oldu
Maşın qəzası əzrayıl oldu
O dahi alimi bizlərdən aldı
Gümanə aydına şeir də yazdı