Ana səhifə BAŞ YAZI Çopur Ələsgər bu şeiri “Qəhrəmanı” havası üstə oxuyardı…

Çopur Ələsgər bu şeiri “Qəhrəmanı” havası üstə oxuyardı…

Müəllif: Bizim Yazı
830 baxış

 

Telman Tovuzlu

(1939 – 1998)

BİLMİŞƏM

Ey Vətən, mən sənin gözəlliyini,
Hər zaman başımın tacı bilmişəm.
Oğlunu özümə vəfalı qardaş,
Qızını mehriban bacı bilmişəm.

 

 

Ruhum təzələnir eli gəzəndə,
Bir yaşıl çəməndə, bir də düzəndə;
Kədərli günlərim olub, bəzəndə,
De, hansı dərdini acı bilmişəm.

Telman əsirgədi səndən nəyini? –
İstəsən, verəcək öz ürəyini.
Min ətir qoxuyan gül-çiçəyini
Sevdiyim gözəlin saçı bilmişəm.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.