“Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “COVİD-19 pandemiyası zamanı cəzaçəkmə müəssisələrində İİV/QİÇS-lə bağlı maariflədirmə və sosial-psixoloji dəstək xidmətlərinin göstərilməsi” Layihəsini həyata keçirir.
Bizimyazı.az xəbər verir ki, layihə cəzaçəkmə müəssislərində olan məhkumlar arasında COVİD-19 pandemiyası dövründə İİV/QİÇS infeksiyaları haqqında maarifləndirmə və COVİD-19 habelə, İVV/QİÇS-lə münasibətdə yüksək riskli şəxslərə sosial-psixoloji dəstəyin göstərilməsindən bəhs edir. Layihənin məqsədi cəzaçəkmə müəssisələrində İİV/QİÇS-in profilaktikası və həmin şəxslərə psixo-sosial dəstək xidmətlərinin göstərilməsidir.
Belə ki, İİV/QİÇS xəstəliyi dövrümüzün ən ciddi xəstəliklərindən biri sayılır. COVİD-19 pandemiyası dövründə isə infeksion xəstəliklərin yayılma sürəti artım hiss edilmişdir. Xüsusilə insanın immuniteti ilə əlaqəli olan “insan immunçatışmamazlığı virusunun yayılması üçün münbit şərait yaranmışdır. Hazırda ümumilikdə ölkə üzrə 8395 nəfər İİV, 2481 nəfər QİÇS-li şəxs olaraq qeydiyyatdadır. İnfeksiyon xəstəliklərin insanların sıx yerləşdiyi ərazilərdə geniş yayılması üçün şərait əlverişli olur.
Cəzaçəkmə müəssisələrində olan məhkumların İİV/QİÇS, COVİD-19 və digər infeksion xəstəliklər haqda məlumatsızlığı da qeyd edilən virusların artmasına səbəb olur. Habelə onların cəzaçəkmə müəssisələrini tərk etdikdən sonra sosial adaptasiya problemləri də yaranır. Qeyd edilən problemlərin həllində vətəndaş cəmiyyəti instituları və dövlət qurumları əməkdaşlığı məqsədəmüvafiqdir.
“Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Şura və Qlobal Fond ilə əməkdaşlıq çərçivəsində cəzaçəkmə müəssisələrində maarifləndirmə yönümlü müxtəlif layihələr həyata keçirmişdir. Təcrübəyə əsasən İİV/QİÇS-lə münasibətdə yüksək riskli şəxslərə davamlı psixo-sosial yardım göstərilmədikdə və onlar arasında maarifləndirmə aparılmadıqda yoluxma sayı artır. Məhz layihə vasitəsilə cəzaçəkmə müəssisələrində COVİD-19 pandemiyası və İİV/QİÇS-lə bağlı maarifləndirməni və yüksək İVV/QİÇS riskində olan məhkumlara psixo-sosial dəstək xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Layihə çərçivəsində penitensiar xidmətin cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Tədbirlər vasitəsilə İİV/QİÇS, onun yaratdığı problemlər, infeksiyon xəstəliklər, cəzaçəkmə müəssisələrini tərk etmiş şəxslərin sosial adaptasiyası haqda məlumatlar verilmişdir. Görüşlər zamanı ilkin psixo-sosial yardım, tibbi xidmətlər üzrə maarifləndirmə də baş tutmuşdur.