Ana səhifə YAZILAR Bu dünya əyri göründü, gözlərimin qüsuru var…

Bu dünya əyri göründü, gözlərimin qüsuru var…

Müəllif: Bizim Yazı
1. 758 baxış

Aqşin DADAŞOĞLU (Xaçmaz)

Azərbaycanım

Baxıram ölkəmin xəritəsinə,
Ey qartal baxışlı Azərbaycanım!
Necə əl-əlvandı torpağın sənin
Şeyx Səfi naxışlı Azərbaycanım.

Yuxusuz  gəlintək Göy-göl xumarlı,
Baharı çiçəkli, payızı barlı,
Doqquz iqlim tutan torpağı varlı
Hüsnü yaraşıqlı Azərbaycanım.

Nə gözəl deyiblər adına Turan,
Sənin tarixindir Mərv və Çaldıran…
Ulu Xəzərimi şahə qaldıran
Tufanlı, yağışlı Azərbaycanım.

Çiçəklər bitirər dağın, daşların
Müqəddəs yurdusan məğrur başların
Səninlə fəxr edir vətəndaşların
Sabahı işıqlı Azərbaycanım.

Bir gözəl məkansan dağlar içində
Ucaldın zəmilər, bağlar içində
Adın çəkiləndə xalqlar içində
Şəninə alqışlı Azərbaycanım.

Səndə yaşayıram yoxdu bir qəmim,
Mənim gözəl yurdum ulu vətənim
Ağ saçlı nurani anamsan mənim,
Övladlı-uşaqlı Azərbaycanım.

Yenə bulaq başı, qızlar səhəngli,
Bir oğlan at çapır qorxmaz, ürəkli
-Qarabağ xalçalı, Şəki ipəkli
Baftalı qumaşlı Azərbaycanım.

Şeyiri mubariz, qəzəli nazlı
Cümləsi bal, şəkər, söhbəti duzlu
Qoşmalı, dastanlı, Qorqurd qopuzlu
Ozanlı, aşıqlı Azərabaycanım.

Gəlinin isməti quvağındadı,
Kişinin qeyrəti papağındadı,
Millətin birliyi bayrağındadır.
Sənin bayrağına qurban bu canım,
Şərəfim, vicdanım Azərbaycanım.

Qüruru var

Günəş peyğəmbər kimidi,
Qürubu var, zühuru var.
İsrafil işsiz mələkdi,
Tək axirətdə suru var.

Günah savabin əlində
Zülmət sabahın əlində,
Qələm Allahın əlində,
Qələmin də məşhuru var.

Ruhum  buludlara mindi,
Gözlərim yerə zilləndi.
Bu dünya əyri göründü,
Gözlərimin qüsuru var.

Qonaq etdim hər zülümü,
O da soldurdu gülümü,
Gəlsə, incitmə ölümü,
Ölümün də qururu var.

You may also like

2 şərh

Fəxri müslüm 2013-03-07 - 19:41

Fəxri Müslüm: Aqşin bəyin gəraylısı irfani bir gəraylıdı. uğurlar.

Cavab
Aqşin Dadaşoglu 2013-03-23 - 21:31

Fəxri bəy, təşəkkürlər, çox şadam ki, sizin kimi şairdən belə xoş xeyir dua aldım.

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.