Yeqzar Cəfərlinin “Boz dünyaya səyahət” adlı kitabı işıq üzü görüb.
Üç bölmədən ibarət olan kitabda müəllifin indiyə kimi yazdığı bütün bədii əsərləri toplanıb.
“Boz kəpənək” adlı I bölmədə müəllifin müxtəlif səpkili şeirləri verilib. “Qəhvəyi pencəkli oğlan” adlı II bölmə hekayələrdən ibarətdir. III bölmədə isə “Daşlar ulduzlarla görüşəndə” adlı roman yer alıb.
“Boz dünyaya səyahət” müəllifin sayca dördüncü kitabıdır. Bundan qabaq onun “Əli Fəhmi dünyası” və “Nəriman Əbdülrəhmanlının bədii yaradıcılığı” adlı monoqrafiyaları və “Uçurum” hekayələr kitabı çapdan çıxıb.
Kitabı əldə etmək üçün 0506754633 (WhatsApp) nömrəsi ilə əlaqə saxlamaq olar.