Ana səhifə TÜRK DÜNYASI Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Macarıstanın Ötvöş Lorand Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Macarıstanın Ötvöş Lorand Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Müəllif: Bizim Yazı
353 baxış

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Macarıstanın Ötvöş Lorand Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Sənədi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından prezident Günay Əfəndiyeva, Ötvöş Lorand Universiteti adından rektor Laslo Borhi imzalayıblar.

Sənəd Fond və Universitet arasında Türk mədəni irsinin təbliğ edilməsi məqsədilə birgə layihələrin həyata keçirilməsi, Universitet nəzdində “Türk Dünyası üzrə Tədqiqat Mərkəzi”nin yaradılması, nəşrlərin birgə tərcümə edilməsi, təhsil müəssisəsinin bu istiqamətdə araşdırma aparan tələbələrinə dəstəyin göstərilməsi, memorandumun icrası ilə bağlı mütəmadi müzakirələrin aparılması kimi maddələri özündə ehtiva edir.

Memorandum gələcəkdə Fond və Universitet arasında Türk dünyasının zəngin mədəni irsinin qorunması və təşviq edilməsi sahəsində əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur.

Qeyd edilməlidir ki, 1635-ci ildə əsası qoyulan Universitet Macarıstanın ən böyük və tanınmış təhsil ocaqlarından biridir. 25 000-nə yaxın tələbəsi olan universitetdə 38 bakalavriat, 96 magistr və 118 doktorant proqramı üzrə kadr hazırlığı aparılır.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.