Ana səhifə TÜRK DÜNYASI Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Amsterdamda qədim türk yazılarına dair yeni sərgi açıb

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Amsterdamda qədim türk yazılarına dair yeni sərgi açıb

Müəllif: Bizim Yazı
206 baxış

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Amsterdamda qədim türk yazılarına dair yeni sərgi açıb

14-15 sentyabr 2023-cü il tarixində Niderland Krallığının paytaxtı Amsterdam şəhərində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən qədim Türk yazılarından olan petroqliflərə, tamğalara və runik işarələrinə həsr edilmiş sərgi keçirilib. Tədbir Fondun Azərbaycan, Qazaxıstan və Türkiyə Respublikalarının Niderland Krallığındakı Səfirlikləri ilə iş birliyi çərçivəsində Amsterdam Yunus Əmrə İnstitutunun Türk Mədəniyyət Mərkəzində gerçəkləşib.
Layihənin həyata keçirilməsi Türk xalqlarına məxsus qədim yazı növlərinin tədqiq və təbliğ edilməsi, eləcə də daha geniş auditoriyalara çatdırılması məqsədini daşıyır.
Sərginin açılış mərasimində çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva zəngin Türk mədəni irsinin öyrənilməsi, qorunması və tanıdılması yönündə təşkilatın fəaliyyətinin günü-gündən genişləndiyini bildirib. Günay Əfəndiyeva ümumtürk mədəniyyətinin ayrılmaz parçası olan qədim Türk yazılarının bəşəri sivilizasiyanın inkişafında önəmli rol oynamasından bəhs edib. O, qədim Türk yazılarından petroqliflərə, tamğalara və runik işarələrə həsr olunmuş sərginin rəhbərlik etdiyi Fond tərəfindən başladılan genişmiqyaslı layihənin bir hissəsi olduğunu bildirib. Günay Əfəndiyeva sərginin qədim zamanların nadir sənət nümunələri ilə yanaşı, ümumtürk ideyalarının müasir bədii təcəssümünün ifadəsi olduğunu qeyd edib. Fondun prezidenti sərginin Türk xalqları arasındakı bağların gücləndirilməsinə, Avropa məkanında onların tarixi-mədəni irsinə dair daha geniş anlayışın formalaşmasına və mədəniyyətlərarası mübadilələrə öz töhfəsini verəcəyinə inandığını vurğulayıb.
Tədbirdə Azərbaycan Respublikasının Niderland Krallığındakı səfiri Rəhman Mustafayev, Qazaxıstan Respublikasının Niderland Krallığındakı səfiri Askar Jumagaliyev, Türkiyə Respublikasının Niderland Krallığındakı səfiri Selçuk Ünal, Amsterdam Yunus Əmrə İnstitutunun rəhbəri Adil Akaltun çıxış edərək, Türk xalqlarını birləşdirən qədim yazı irsinin araşdırılmasının müasir dövrdə önəmini vurğulayaraq, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun bu istiqamətdəki faaliyyətini yüksək qiymətləndiriblər.
Sərgidə Türk dövlətlərini təmsil edən tətbiqi sənət ustalarının – Sanjar Jubanov (Qazaxıstan), Jumagul Tashiev (Qırğızıstan) və Sabit Qurbanovun (Azərbaycan) qədim Türk yazılarının və simvollarının daş üzərindəki bədii oymalarından ibarət əl işləri təqdim olunub və ustad dərsləri keçirilib. Sərgi çərçivəsində “Ұлы бұдын” İctimai Birliyinin rəhbəri Meruert Kurmangalieva və mütəxəssis Dair Kıdırqalyuli (Qazaxıstan) tərəfindən tədbir iştirakçılarına qədim run yazıları haqqında mühazirə oxunubvə məlumat verilib.
Sərgidə Niderland Krallığında akkreditə olunan diplomatik korpus, eləcə də orada yaşayan diaspora nümayəndələri, elm və mədəniyyət xadimləri, türkoloqlar və KİV təmsilçiləri iştirak edib.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.