Layihə rəhbəri Millət vəkili Dr. Cavanşir Feyziyev, məsləhətçiləri, Millət vəkili, akademik Nizami Cəfərov, Əməkdar jurnalist, “Kaspi” qəzetinin təsisçisi Dr. Sona Vəliyeva, nəşrə məsul, baş redaktoru Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı olan antologiyaya AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və “Olaylar” qəzetinin baş redaktoru Dr. Yunus Oğuz rəy verib.
“Gənc Qırğız şeiri antologiyası”nı qardaş ölkənin istedadlı gənc yazarları, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvləri Altınbek İsmail, Kaliça Yaqub və Bekbolat Sarıbay tərtib edib.
DGTYB-nin xətti ilə çıxan kitaba Azərbaycan Respublikasının Qırğız Res-publikasında Fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov “Təqdim”, Millət vəkili Dr. Cavanşir Feyziyev “Önsöz”, Qırğız Respublikasının Mədəniyyət, informasiya və turizm naziri Azamat Jamankulov isə “Biş-kekdən Bakıya poeziya buketi” adlı ürək sözü yazıb. (Hər üç məqaləni oxucularla bölüşürük.)
35 gənc qırğız şairinin müxtəlif mövzuda yaradıcılıq örnəkləri toplanmış nəşrə daxil edilən şeirlər dilimizə İbrahim İlyaslı, dos.dr. Rəsmiyyə Sabir, dos.dr. Təranə Turan (Rəhimli), dos.dr. Pərvanə Məmmədli, Gülnar Səma (Qasımlı), Xan Rəsuloğlu, Akəm Xaqan, Faiq Balabəyli, Elşən Əzim, Elməddin Nicat, Taleh Mansur, İntiqam Yaşar, Tural Turan, Günel Eyvazlı, Aysel Xanlarqızı (Səfərli), Sona Əli, Ümid Nəccari, Əkbər Qoşalı tərəfindən (ruscadan, Türkiyə və Qırğız türkcələrindən) çevrilib.
Onu da vurğulayaq ki, DGTYB bundan öncə “Çağdaş Azərbaycan şeiri” (2cilddə, Ankara, 2008-2010), “Gənc tatar şeiri” (Bakı, 2014), “Yeni qazax şeiri” (Bakı, 2017), “Fəzanın cazibəsi ( -Arxangelsk şairlərinin şeirləri)” (Bakı, 2017), “Özbək şeir çələngi” (Daşkənd, 2018), “Yeni zaman Azərbaycan şeiri” (Astana, 2018) kimi antologiyalar hazırlayıb, nəşr etdirib.
“Gənc Qırğız şeiri antologiyası”nın Bakıda və Bişkekdə təqdimat törənlərinin keçirilməsi nəzərdə tutulub. Antologiya hər iki ölkənin aparıcı kitabxanalarına, mədəniyyət müəssisələrinə, o cümlədən ədəbi qurumlarına paylanacaq.
HİDAYƏT ORUCOV,
Azərbaycan Respublikasının
Qırğız Respublikasında
Fövqəladə və səlahiyyətli səfiri
TƏQDİM
Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında münasibətlər xalqlarımızın qardaşlığının, tarixi bağlarının xarakterinə və çağdaş çağırışların dərkinə uyğun şəkildə inkişaf etməkdədir. Bu inkişafda mədəni əlaqələrin, o cümlədən ədəbiyyat müstəvisində əmək-daşlığın özünəməxsus yeri və rolu olduğu danılmazdır. Azərbaycanda Manası, Çingiz Aytmatovu bilməyən, oxumayan, təsirlənməyən çox az adam tapmaq olar; qırğız qardaş və bacılarımız da Azərbaycan klassik və çağdaş ədəbiyyatını sevir, oxuyur, öyrənirlər. Çox xoşdur ki, artıq ən yeni ədəbi nəslin nümayəndələri es-tafeti məsuliyyət və qətiyyətlə ələ alır, müstəqillik dövrü yaranmış yaradıcılıq örnəklərinin oxuculara qa¬zan-dırılmasına çalışırlar. Bu planda mərkəzi Bakıda olan Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) özü-nəməxsus təşəbbüs, ideya və planlarını alqış¬ladı¬ğımı sözlərimə əlavə etmək istərdim. DGTYB 20 illik fə-aliyyəti dövründə qardaş ölkə və topluluqların gənc (və orta nəsil) yazarları arasında çoxsaylı görüş, kon¬frans, simpozium təşkil etmiş, neçə-neçə nəşrlərlə çıxış et-mişdir. Budur, artıq Azərbaycan oxucusu ən yeni nəsil qırğız şeirinin yaradıcıları ilə bir güldəstədə tanış olur. İlk vərəqlərini çevirdiyiniz bu antologiyayadək də, gənc qırğız yazarlarını (ümumən qırğız yazarlarını) Az¬ər-baycanda, Türkiyədə və başqa ölkələrdə baş tutan təd-birlərə dəvət edən DGTYB-nin təmsilçilərinin Biş¬kеk-də, Issık-Göldə keçirilən tədbirlərdə uğurlu işt¬i¬ra¬kını məmnuniyyətlə xatırlayıram. Elə bilirəm, şa¬irlərin gö-rüşü, şeirlərin kitablaşdırlması xalqlar, ölkələr ara¬sın¬dakı münasibətlərə yeni rəng qatır, zənginlik gətirir.
Mənim 2012-ci ildə gün üzü görən iki cildli tər-cümələr kitabım “Özüm yazmaq istərdim” adlanır. Bu gün də elə fikirləşirəm ki, bir əsər o zaman uğur qazanır ki, sən onu öz duyğularının, hiss-həyəcanının tərcümanı hesab edirsən, hesab edirən ki, bu şeir yazılmasaydı, onu sən özün yazmalıydın… Müxtəlif illərdə (xüsusilə gənc-liyimdə) Qərb və Şərq ədəbiyyatından etdiyim tər¬cü¬mə-lərin hamısı o irihəcmli iki cildliyə – “Özüm yaz¬maq is-tədim…”ə sığmayıb. Ancaq bu həqiqəti bir daha vur-ğulamaq istəyirəm: O əsərlərin hamısını özüm yazmaq istərdim. Təəssüf ki, (bəlkə də yaxşı ki!) məni qa¬baq-layıblar və gözəl yaradıblar! Mənim missiyam yalnız o əsərləri bacardığım qədər səlist və yüksək bədii tu¬tumda çevirməkdən ibarət olub. Bax, bu anlamda, gənc qırğız şeirini Azərbaycan oxucusuna qazandıran həm¬vətən¬lə-rimin, yeni nəsil yazarlarının bu işi sevə-sevə, sözün bütün mənalarında könüllü gördüklərindən şadam. Çün-ki könül işi, könül bağı, çevirdiyin, uyğunlaşdırdığın mətndə öz dünyanı görmək ayrı bir aləmdir.
Bir qədər öncə “ədəbiyyat müstəvisində” deyə bir söz işlətmişdik, əslində ədəbiyyat sözü ilə yanaşı ən uy-ğun söz dünyadır – ədəbiyyat dünyası! Bizim bir də dünya içrə ayrı bir dünyamız var: türk dünyası. Əlbəttə, hər xalqın təmsilçisi öz xalqının adı qarşısında dünya yaza bilər, lakin gərək bu yazılım mexaniki, texniki xarakter daşımaya, necə deyərlər, söz sözü çəkə, söz sözdən sevinə, söz sözə dayaq ola! Türk dünyasının bir-biri ilə coğrafi cəhətdən xeyli uzaq, könülcə yaxın iki xalqının gənc nəsli ədəbiyyat dünyası ilə qaynayıb qa-rışırsa, qardaşlıq bağlarını təzələyirsə bu çox təq¬di-rəlayiq hadisədir. Bəli, mən məhz hadisə sözünü iş¬lət-məkdən çəkinmirəm. Çünki gənclər daha çox gələcəyə xitab edir, onların gələcəyi var və bu gələcək yalnız onların özlərinə məxsus deyil, o gələcək ha¬mımızın (xalqlarımızın) sabahını, perspektivini inşa edir…
Əziz dostlar,
Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq bütün sahələrdə inkişaf edir. Bu xətt Azərbaycan və Qırğızıstan prezidentləri İlham Əliyevin və Sooronbay Jeenbekovun siyasətinin prioritet istiqamətlərindəndir. Ulu Öndər Heydər Əliyev deyirdi: “Biz kökü bir, dili bir olan xalqlarıq. “Manas”ın dili – bizim ümumi dili-mizdir.”. Bu tarixi bağlılığın bərpa edilməsi məqsədi ilə son illərdə ciddi iş aparılmışdır. Azərbaycan ilə Qır-ğız Respublikası arasında bütün sahələrdə olduğu kimi hu¬ma-nitar sahədə də əlaqələr dinamik inkişaf edir və çox¬saylı mədəniyyət tədbirləri baş tutur. Bişkekdə Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi, Mir Cəlal Pa¬şa-yevin 110 illiyi, Qara Qarayevin və Rəşid Behbudovun 100 illiyi münasibətilə yubiley gecələri, Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş “Göy əbədiyyət” adlı qala-konsert, yazıçı ANARla görüş və digər tədbirlər keçirilmişdir. Bu tədbirlərin hamısı Milli Opera və Balet Teatrının əsas salonunda, yüksək səviyyədə baş tutmuşdur. Həmin teatrın səhnəsində Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası yeni quruluşda hazırlanmışdır.
Bakıda qırğız yazıçıları Çingiz Aytmatovun 85 və 90 illiyi, Toktoqul Satılqanovun 150 illiyi yubileyləri və s. silsilə tədbirlər keçirilmişdir. Çingiz Aytmatovun 85 illiyi yubileyi Qırğız Respublikasından sonra yalnız Azərbaycanda dövlət səviyyəsində təntənəli qeyd edilmişdir. Keçirilən bütün tədbirlər həm Qırğız Respublikasında, həm də Azərbaycanda böyük maraq doğurtmuşdur.
Ölkələrimizin müvafiq qurum və quruluşları ara-sında davamlı görüş, müzakirə və icraatların olduğunu vurğulamaq istərdim. Belə münasibətlərin bütövlükdə xalqlarımızı, yeni nəsillərimizi əhatə etməsi üçün qələm adamlarının üzərinə təbii olaraq, mənəvi yük düşdüyü də danılmzdır. Ona görə də, həm bir səfir, həm yazıçı olaraq, “Gənc qırğız şeiri antologiyası”nın gün üzü gör-məsi ilə bağlı məmnunluğumu bir daha ifadə etmək istərdim. Mən bu layihənin qalıcı, davamlı sonucları olacağına inanıram. İnanıram ki, bütün maraqlı tərəflərin qatqısı ilə qarşı ildə müstəqillik dövrü Azərbaycan şeirini, nəsrini qırğız oxucusuna bir güldəstə şəklində təqdim edə biləcəyik. Sonra yeni nəsil qırğız yazıçılarının əsərlərini, nəhayət ardınca, klassiklərdən çağ-daşlara olmaq etibarı ilə hər iki xalqın yaradıcı insanlarını bir-birimizə daha böyük ölçüdə tanıda bi-ləcəyik. Bizim işimiz tanıtmaqdır, bu tanışlığın sevgi selinə dönüşməsinə şübhə yeri yoxdur…
Dr. CAVANŞİR FEYZİYEV,
Millət vəkili
ÖNSÖZ
“Yeni qırğız şeiri antologiyası” 35 gənc qırğız şai¬rinin şeirlərini Azərbaycan oxucusuna çatdırır. Qəbul etsək ki, yalnız bir istedadlı şair, hətta o şairin bir şeiri belə mənsub olduğu xalqın, ölkənin düşüncə ritmini, yaşam ahəngini, habelə o coğrafiyada meydana çıxan duyğu və düşüncələri çatdıra bilər, o zaman 35 şair üçün bu miqyasın bəlli ölçüdə böyüdüyünü təsəvvür etmək çətin deyil. Bu kitab qırğız gənc şeirinin gül¬dəstəsini xatırladan poetik bir çələngdir. Xalq şairi Zəlimxan Yaqub deyirdi, “Biz bir eşqin butasıyıq, Gülü gülə tutasıyıq…” – elə bilirəm, qırğız şeirinin bu gül¬dəstəsi ilə biz də gülü gülə tutur, gözlərə, könüllərə xitab edirik.
Layihə rəhbəri olduğum “Gənc qırğız şeiri antologiyası” ölkəmizin Qırğız Respublikasındakı səfirliyi, şəxsən hörmətli səfirimiz, görkəmli ədibimiz Hi¬dayət Orucov, Qırğız və Azərbaycan yazarları, eləcə də, bö-yük türk dünyasının gənc yazarları arasında bu işləri koordinasiya edən Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) ilə ortaq çalışmamızdır. Çox şadam ki, ay-larla üzərində çalışdığımız layihə artıq öz nəfis məhsulu ilə müsbət sonluğa varmışdır. Hər kitab bir təşəbbüsün sonu olduğu qədər, bəlkə bir başlanğıc kimi də xarakterizə oluna bilər. Ona görə ki, bu sonuc özündə yeni təşəbbüs, ideya və təklifləri də barındırır; istər ikitərəfli, istər çoxtərəfli tanışlıqlar, yaradıcı insanlarımızın daha yeni müs¬təvilərdə, platformalarda əməkdaşlığına zəmin yarada və yeni üfüqlər açılmasına və¬silə ola bilər. Məsələn, növbədə, Azərbaycan yeni nəsil yazarlarının an-tologiyasının BİŞKEKdə hazır¬lan¬ması, daha çox iş-tirakçı ilə ikitərəli ədəbi müza¬kirələrin təş¬kili və s. müm-kün ola bilər. Bu yerdə, bizim DGTYB ilə Azər-baycanda Qa¬zaxıstan, Qazaxıstanda isə Azər¬bay¬can yeni nəsil şa¬irlərinin antologiyasının çap olunması kimi yaxşı nü¬mu¬nəmizin olduğunu xatırlatmaq istərdim.
Qırğız şeiri, ümumən qırğız ədəbiyyatı zəngin kök-lərə malikdir. Yalnız onu demək yetərlidir ki, dünyanın ən böyük eposu “Manas” qırğız ədəbi abidəsidir. XX yüzillikdə Çingiz Aytmatov kimi hələ sağlığında əf-sanələşmiş bir yazıçı məhz qırğız ruhunun, ümumtürk ruhunun parlaq təcəssümüdür. Belə zəngin epik təfək-kürdən, belə bir çağdaş ədəbi örnəkdən təsirlənmiş, su içmiş və göyərib boy atmış gənc qırğız şeirinin dəyərli oxucularımız üçün maraq kəsb edəcəyinə şübhə et¬mi-rəm. İnanrıam ki, bu maraq sevgiyə çevriləcək, bu sev¬gi yeni ünvanlar qazanacaq, yeni kitablar meydana çı-xacaqdır. Şeir-şeir, vərəq-vərəq, kitab-kitab böyüyən, yayılan sevgi seli hər yeni fəth etdiyi könüllə qar¬daş-lığımızı daha da möhkəmləndirəcək.
Azərbaycan Respublikası və Qırğız Respublikası son illər TÜRKSOY, TürkPA, Türk Dövlətləri Başçıları Daimi Şurası və digər ümumtürk platformalarında yük-sək səviyyəli, ardıcıl işbirliyi içindədir. Xalq¬larımızın si-yasi iradəsinə uyğun olaraq inkişaf etməkdə olan bu qardaşlıq münasibətlərimizin ictimai-ədəbi plat¬for¬ma¬dan da ciddi dəstək görməsini müşahidə etmək çox qü-rurvericidr. Hazırda əlinizdə tutduğunuz bu şeiriyyat çələngini – burada öz şeirləri, tərcümələri ilə iştirakı və əməyi olan yeni nəsil yazarlarımızın çalışmalarını da, dövlətlərimizin yüksək səviyyəli əlaqələri ilə səsləşən bir çalışma hesab edirəm. Bir millət vəkili, bir elm adamı və ən başlıcası, bir türk kimi belə vacib bir la¬yihəyə rəhbərlik etməyi özümə şərəf hesab edirəm.
Ədəbi yaradıcılıqla məşğul olan gənc həmvətənlərim çağdaş qırğız şeirinin təmsilçilərinin yaradıcılıq örnək-lərini həm sevgi, həm də yüksək peşə¬karlıqla dilimizə uyğunlaşdırıblar. Bu çalışma qardaşlıq ruhumuzun tə-zahürü olmaqla yanaşı, həm də ümumtürk ədəbiyyatımıza bəslənən dərin və məsuliyyətli münasibətin ifa-dəsidir. Ümid edirəm ki, “Gənc qırğız şeiri antologiyası” yalnız şairlər arasında əməkdaşlıq formatında qal-mayıb, rəssamlar, bəstəçilər və digər incəsənət adamları arasında da işbirliyinə təkan verəcək. Belə hərtərəfli əməkdaşlıq həm tarixi ənənələrimizə uyğundur, həm də gələcəyə baxışlarımızla üst-üstə düşür. Alimlərimizin “Ortaq keçmişdən ortaq gələcəyə” çağırışının ədiblərimiz, xüsusilə də gənclərimiz arasında yayılması və dəstək tapması çox ümidverici və sevindirici bir haldır. Azərbaycan-Qırğız ədəbi əlaqələrində bu günədək görülmüş bütün yaddaqalan işləri yüksək qiymətləndir-məklə yanaşı, məhz çağdaş dövrümüzün ədəbi uğur-larının gənclərimizin iştirakı ilə qardaş xalqların dillərinə çevrilib, tirajlanması ümumi işimizin – ortaq türk mədəniyyətimizin təbliği baxımından olduqca əhəmiyyətlidir. Fürsətdən istifadə edib, indiyədək ümumtürk ədəbi maraqlarının qorunmasında, bir türkcəmizdə olan ən ümdə əsərlərin digər türkcələrimizə qazandırılmasında əmək sərf edən hər kəsə sonsuz təşəkkürlərimi və minnətdarlığımı bildirirəm!
AZAMAT JAMANKULOV –
Qırğız Respublikasının
Mədəniyyət, informasiya və turizm naziri
BİŞKEKDƏN BAKIYA POEZİYA BUKETİ
Əziz Azərbaycanlı dostlar, qardaş və bacılarım,
Azərbaycan Respublikasının Qırğız Respubli¬ka-sındakı Fövqəladə və səlahiyyətli səfiri, hör¬mətli Hidayət Orucov mənə Bakıda “Gənc qırğız şeiri an-tologiyası”nın hazırlanması haqqında bildirəndə çox şad oldum. Mənim xalqımın ədəbiyyatının ölkə xa¬ricində təbliğinə xidmət edən hər bir addım, nazir olaraq mənimçün çox xoşdur.
Gənc şairlərin seçmə şeirlərinin toplandığı anto-logiyanın məhz Azərbaycanda çıxmasını ən yeni ta-riximizin yaddaqalan mədəniyyət hadi¬sələrindən biri hesab edirəm. Biz iki qardaş ölkə olsaq da, ortaq sər-hədlərimizin olmaması, bir-birimizdən məsafəcə xey¬li uzaqda yerləşdiyimiz də faktdır. Bizim qar¬daşlıq bağlarımız, ruhumuz sərhədsiz olduğu, məsafə tanı¬ma-dığı üçün bir-birimizi axtarır, arayırıq; qır¬ğızlar azərbay-can¬lıların, azərbaycanlılar qır¬ğızların sevin¬cini böyüdüb çoxaldır, kədərini bölüşüb azaldır – bu dünən də belə olub, bugün də belədir, sabah da belə olacaq.
Ədəbiyyatın (ümumən mədəniyyətin) xalqın ta¬le-yində, tarixində oynadığı rol, xalqlararası müna¬si¬bət¬lər sistemində tutduğu yer danılmazdır; bu, bəlkə di¬gər xalqlarla müqayisədə biz türk xalqları üçün daha aşkar, daha təsirlidir. Ona görə də, Azər¬baycanlı yeni nəsil yazar¬larının Bakıda azər¬bay¬can¬caya çe¬virdiyi bu şeirlərin qırğız ruhunu, qırğız qar¬daş¬la¬rı¬nı¬zın ya¬şan-tılarını, həyata, dünyaya baxış¬larını la¬yi¬qincə yan¬sıt-dığına inanır, bu inamın işığında daha yeni layihələrə imza atacağımıza əminliyimi bil¬di¬rirəm.
Məmnunluqla qeyd etməliyəm ki, bizim höku¬mət¬lə qardaş Azərbaycan hökumətinin, digər haki¬miyyət qollarının, dövlət orqanlarımızın yaxşı əla¬qələri var, bir çox hallarda bu əlaqələr ciddi iş¬birliyinə çevrilib, gələcəkdə daha böyük miqyasda işbirliyi içində ola-cağımıza da şübhə etmirik. Biz ikitərəfli əlaqələrlə ya-naşı, üzvü olduğumuz ulus¬lararası qurum və quru-luşlarda da bir-birimizi hər zaman dəstəkləyirik. Dövlət səviyyəsində əlaqələr və işbirliyi ictimai tə¬si¬satlara da sirayət edir və ictimai qurumlarımız sağlam zəmin üzərində daha yeni üfüqlərə qanadlanır. Hətta, ictimai mühitdən gələn çağırışlar da, öz növbəsində nazirliklərin, höku¬mət¬lərin qərarlarında yer alır. Heç təsadüfi deyil ki, “Gənc qırğız şeiri antologiyası” məhz bir ictimai qu¬rumun – Dünya Gənc Türk Ya¬zarlar Birliyinin (DGTYB) xətti ilə çap edilib. Çox yaxşıdır ki, mənim ölkəmin gənc yazarları DGTYB-nin çalışmalarında yaxından iştirak edir, öz töhfələri ilə çıxış edir. Hesab edirəm, gənc yazar¬larımızın sıx təmasları digər yeni nəsil yaradıcılarına da sirayət edəcək, münasibətlər getdikcə daha da dərinləşəcək və çiçəkləyəcəkdir.
Fürsətdən istifadə edib, hörmətli səfir Hidayət Orucova, bu layihənin rəhbəri, Azərbaycan parla-mentinin üzvü hörmətli Cavanşir Feyziyevə, bütün Azərbaycanlı dostlara, bu layihədə əmək sərf edən hər kəsə könül dolusu təşəkkürlərimi yetirirəm! Ay¬rıca, qırğız gənc şairlərini təbrik edirəm; bu, bir uğur¬dur. İnanıram ki, bu uğur dalğa-dalğa yayılacaq, kitab -kitab böyüyəcək və iki qardaş ölkə arasında bağların daha da möhkəmlənməsinə xidmət edəcək.
Növbəti təşəbbüs və xidmətlərdən biri kimi, Azər-baycan yeni nəsil yazarlarının yaradıcılıq ör¬nək¬lə¬ri¬nin qırğızcaya çevrilib, BİŞKEKdə çap edilməsi ola¬ca¬ğına inandığımı, bizim nazirliyin bu istiqamətdə ça¬lış¬maları məmnunluqla dəstəkləyəcəyini də bu¬ra¬dan du¬yurmaq istərdim.
Antologiyada şeirləri yer alan şairlər:
Adilet Zarılbekoğlu,
Akbar Kubanıçbek,
Akjol Doranbekoğlu,
Akılbek Məmmədəli,
Altınay Ormotoy,
Altınbek İsmail,
Bakıtbek Yunusəli,
Bəyalı Toktoqul,
Bekbolot Sarıbay,
Bekmurat Keldibay,
Berdibek Camqırcı,
Bükalça Məmmədəliqızı,
Venera Akmat,
Gülayım Kalıbek,
Dıykanbek Kərimkul,
Yazgül Yamanqul,
Yıldızbek Tursunbay,
Kaliça Yaqub,
Kamçıbek Uzaqbayoğlu,
Kıyal Taci,
Məqsəd Canqazi,
Məhəbbət Kasein,
Melis Mamatcan,
Mirlan Altımışoğlu,
Narsuluu Qurqubay,
Nuriza Ömürbay,
Nurqız Rıskulqızı,
Ömürbek Azimbay,
Rısgül İzzət,
Sadırbek Turdubekoğlu,
Ulan Dövlət,
Ulukbek Omokey,
Çolpon Orozali,
Erkinbek Mukanbetoğlu,
Erlan Cumaqazi.