Ana səhifə BAŞ YAZI AYGÜNÜN AYÜZLÜ BİTİYİ GÜN ÜZÜ GÖRDÜ…

AYGÜNÜN AYÜZLÜ BİTİYİ GÜN ÜZÜ GÖRDÜ…

Müəllif: Bizim Yazı
1. 333 baxış

DGTYB-nin qurucu üzvü, yazıçı-dramaturq, filologioya elmləri üzrə fəlsəfə doktoru Aygün Həsənoğlunun doqquzuncu bitiyi çapdan çıxmışdır. “Azərbaycan ədəbiyyatında dissidentlik və Tofiq Vəndamlı” adlı bu bitikdə xanım yazar, Məhsəti Gəncəvidən günümüzə qədərki Azərbaycan ədəbiyyatında yaşadığı topluma, öz dövrünün hakim ideologiyalarına qarşı etiraz motivlərini özündə əks etdirən dissidentlik örnəklərini araşdırır, 1977-ci ildə həbsxanada 28 yaşında ikən vəfat etmiş gənc şair Tofiq Vəndamlının poeziyasını bu mövqedən təhlil edir. Tofqi Vəndamlı yaradıcılığında azadlıq, müstəqillik, bütöv Vətən motivlərini araşdıran dr. A.Həsənoğlu  Azərbaycan ədəbiyyatında 1937-ci il irticasından sonrakı dövrdə Xəlil Rza Ulutürkün ardınca dissident kimi Tofiq Vəndamlı poeziyasını təqdim edir. Kitabda verilən şeir örnəklərindən və A. Həsənoğlunun təhlillərindən aydın olur ki, Tofiq Vəndamlı sovet dövründə sovet ideologiyası əleyhinə açıq etiraz bildirən şeirlər yazaraq, sovet-kommunist  ideologiyasına qarşı bütöv Vətən və müstəqillik ideyalarını, azadlıq ideologiyasını qoymuşdur. Millətini təhqir edən rusu bıçaqlamaq üstündə 23 yaşında ikən həbsxanaya düşən Tofiq ən alovlu şeirlərini həbsxanada yazmış, 1977-ci ildə həbsxanada yayılan yoluxucu xəstəlikdən vəfat etmişdir. Gənc şairin şeirləri ailəsinə yazdığı məktublarda, həbsxanadan ailəsinə qaytarılan paltarlarının arasında yaxud həbsxana yoldaşlarının bloknotlarında və xatirələrində gəlib günümüzə yetiuşmiş, 30 ildən sonra xeyirxah insanların zəhməti sonucunda gün üzü görmüşdür. A.Həsənoğlu Tofiq poeziyasını bütün incəliklərinə qədər araşdıraraq təhlil etmiş, əsas ədəbi-estetik ideyasını, ana xəttini son dərəcə məharətlə açmış, dövrümüzdə müstəqil ölkənin müstəqil vətəndaşının yetişdirilməsi sahəsində əhəmiyyətini göstərmişdir.
Bitiyə nəzər saldıqca oxucu əmin olacaq ki, Aygün Həsənoğlunun bu əsəri Azərbaycan ədəbiyyatşünaslığında yeni hadisədir.

XATİRƏ

You may also like

1 şərh

Cansu Meherremli 2013-07-10 - 23:49

Salam xanım mən Sizin Tofiq Vəndamlı haqqında nəşr etdirdiyinizi kitabı oxumuşam .Kitabda diqqetimi çeken bir mövzu məni vadar etdiki size bu haqda bildirim.Mən Mezahir Xalidoğlu.Tofiq Vəndamlının Qolda qandal nə yazım kitabına həsr etdiyim eyni adlı şerin müəllifiyəm.Yazdığım şerdə heca qüsurunun olduğunu qeyd etmisiz.Lakin, şerin orjinal variantı məndədi və o şerdə heç bir heca qüsuru yoxdur.Siz şeri aldığınız mənbəydə şeri yalnış nəşr ediblər.O dediyiniz xətanı nəşr xətası saymaq daha düzgündür.Men Sizi orta məktəb illərindən tanıylram.İstəsəniz şerin orjinal variantını Sizə göndərə bilərəm.Teşəkürlər.

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.